Məşhur alimdən çörək, şəkər, duz və kəllə-paça ilə bağlı-dəhşətli XƏBƏRDARLIQ

"Bir meyvə yedikdən sonra 5 kilometr qaçmalısan ki, toksik təsirini orqanizmdən çıxarasan. Kənd təsərrüfatı zəhəriylə yetişdirilən meyvələri yeməyin. Almalarda mineral qalmayıb. Uşaq başı boyda alma olmaz. Onları almayın. Ən sağlam meyvə zeytundur".


 

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur kardioloq və professor Canan Karatay iştirak etdiyi bir konfransda deyib. Karatay bildirib ki, şəkər hüceyrələrə zərər verir, şəkər xəstəliyi, köklük, altsheymer, depressiya, parkinson və xərçəng xəstəliklərinə səbəb olur. Hamilə xanımlarda şəkər xəstəliyinin müayinəsi üçün edilən şəkər yükləməsi üsulunu tənqid edən Karatay sözlərinə belə davam edib:

"İndi hamilələrə şəkər yükləməsi edirlər. Şəkər yüksəlməsi qaraciyər yağlanması, altsheymer və köklüyə səbəb olur. Bu, qadağan olunmalıdır. Zavallı qadınlara bu yüklənərmi? Şəkər xəstəliyi müayinəsinin başqa yolları var".

obezite

 

Çörəyin də ən şirin zəhər olduğunu, beyni keyləşdirdiyini, bədəndəki triqliseridi qaldırdığını, aclıq hissi yaratdığını bildirən Karatay rəfinə edilmiş unlarda aminopeptin şəkəri olduğunu və insan metobolizmasında bunu həzm edəcək ferment olmadığını ifadə edib:

"Çörək müqəddəs deyil, onu yemək olmaz?" sualı tez-tez mənə müraciət edirlər. Əgər sağlam olmaq istəyirsinizsə, yeməyəcəksiniz".

Karatay 2 ağ məhsulun (un və şəkər) səbəb olduğu problemlərin genetik deyil, tamamilə qarşısı alınan xəstəliklər olduğunu vurğulayıb. Bu növ xəstəliklər son 20-30 il ərzində göbələk kimi artıb. Gənclərin əzələ yığmaq üçün istifadə etdikləri proteinlərin də zərərli olduğunu dilə gətirən Karatay dərmanlı meyvələr orqanizmdə triqliseridi yüksəltdiyini etiraf edib:

"Mən tacir və istehsalçı deyiləm. Lakin həkim və feldşer kimi deməliyəm ki, meyvə şəkəri də uşaqlarda qaraciyəri yağlandırır. Uşaqlar indi kökdür. Onlar ki, alkoqollu içki qəbul etmir. Çörək, dondurma, tost, cipsi, makaron, vafli yeyib üstündən də kola, buzlu çay içirlər.

meyve suyu

 

Podaqra xəstəliyi şəkər zəhərlənməsinin əlamətidir, səbəbi qırmızı ət deyil. Meyvə suyu və fruktoza da podaqra xəstəliyinə gətirib çıxarır. Təzə sıxılmış olsa da, meyvə suyu zərərlidir. Altsheymer, autizmin, parkinsonun, iflicinin, oynaq ağrılarının təməlinin qoyulmasına səbəb olur.

Rəfinə edilmiş duzlardan da uzaq durmalıyıq. Süfrə duzlarının rənginin açılması və axıcı olması üçün ona kimyəvi maddələr və alüminium əlavə edilir. Kristal qaya duzu rəfinə edilməyib. Onlar sağlamlıq mənbəyidir, safdır, mineral birliyidir. Kristal qaya duzu ömrü uzadır. Bu duzu suya qatıb səhər-axşam qarqara edin, xəstələnməyəcəksiniz".

İbn Sina gündə 2 dəfə məsləhət görürdü

Karatay bildirib ki, "Tibb Qanun"u kitabı Avropada tibb məktəblərində tədris edilən dahi Şərq alimi və həkimi İbn Sina gündə 2 dəfə yemək yeməyi məsləhət görüb:

"2 dəfə yemək sağlamlıqdır, 3 dəfə xəstəlikdir. Bu, illərlə araşdırılıb. Sizə 11 əsrlik yaşı olan araşdırmanı xatırladıram. Sənayenin oyuncağı olmayın. İdman zalları, üzgüçülük kursları yerinə küçəyə çıxıb hərəkət edin".

Bir insan vücudunun 24 saat ərzində yalnız 5 qram şəkərə ehtiyac duyduğunu söyləyən Karatay həddən artıq şəkərin xərçəng hüceyrələrini bəslədiyini qeyd edib:

"Bəs nə yeyəcəyik?” deyə soruşanlara su, təbii kənd kərə yağı, soyuq sızma zeytun yağı, kənd toyuğu, kənd yumurtası, pendir, kəllə-paça, ayaq, sümük suyu və qırmızı ətə üstünlük verməyi məsləhət görürəm. Baş-ayaq, həmçinin sümük suyu bütün bədəni gümrahlaşdırır. Sümüyü qaynadıb hər səhər içinə limonla şirəsi sıxaraq için. Bu, bir çox xəstəliklərin qarşısını alan təbii müalicə üsuldur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300