Gürcüstanda qrip virusu yayılıb

 

Gürcüstanda qrip virusunun yayılması laborator şəraitdə artıq təsdiq olunub.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, laborator müayinə zamanı 10 haldan 7-də virus qripi təsdiq olunub: "Lakin həkimlər qriplə bağlı vəziyyətin gələcəkdə kəskinləşməsi üçün hələ əsas görmürlər”.

A.Qamkrelidze ölkə əhalisini qripə qarşı peyvənd olunmağa çağırıb: "Bununla yanaşı, gigiyena normalarına riayət etmək, otağın havasını dəyişdirmək, həmçinin yüksək temperatur olduğu halda, ailənin bütün üzvlərinin həkimə müraciət etməsi lazımdır”.

Mərkəz rəhbəri bildirib ki, dövlətin dəstəyi ilə qripə qarşı 39 min nəfər, daha 10 min nəfər isə özəl sektorun dəstəyi ilə peyvənd olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300