Ağızda acılıq hissi, öd dadının səbəbləri -Qorxuludur, yoxsa..?

 

Son zamanlar insanlar səhər tezdən və yeməkdən sonra ağzında, boğazında qəribə bir acılıq, acı tam hiss etdiklərini bildirir, amma buna elə də önəm verməyərək, yəqin ödümdə problem var, düşünüb gözləyirlər.

 

Medicina.az ağızdan acı dad gəlməsinin səbəblərini, hansı xəstəliklərdən qaynaqlandığını araşdırıb.

Ağızda acılığın davam etmə müddəti, sutkanın hansı saatında baş verməsi, daimi və ya müvəqqəti olmasından asılı olaraq, bir sıra səbəblər irəli sürülür.

 

Sanki boğazıma öd axır – 5 səbəb

 

Birinci səbəb keyfiyyətsiz, vaxtı keçmiş, konservativli, qeyri-sağlam qidaların qəbul olunmasıdır.

Əgər qidalanmada daima yağlı, qızardılmış, hisə verilmiş yeməklər varsa, acılıq yemək qəbulundan sonra başlayırsa, deməli, qaraciyərdə turşulaşma gedir, öd, öd yolları, axarları yaxşı çalışmır.

 

Acılıq gecə yatanda və səhərlər də hiss olunursa, deməli, bu orqanların işi ciddi mənada pozulub.

 

2. Mədə-bağırsaq səbəbləri.

Əgər gün ərzində qidalanmadan fərqli olmayaraq, ağızda, boğaz içində acılıq varsa, o zaman mədə, on iki barmaq bağırsaq, bağırsaqların patoloji prosesindən şübhələnmək olar.

 

3. İdmandan, ağır işdən sonra acı dad qaraciyər patologiyaları ilə bağlıdır. Bu zaman sağ qabırğaaltı nahiyədə ağırlıq, ağrı da olur.

4. Uzun müddət acılıq hissi yaşlı insanlarda dad reseptorlarının təbii olaraq yaşla bağlı dəyişməsi, zəifləməsi ilə əlaqədar ola bilər.

5. Ağızda infeksiya, iltihab ( stomatit, parodontoz, gingivit)olduqda da daimi acılıq hiss olunur.

 

6. Ağızda acılıq hissi ən pis halda həzm orqanları, qida borusu və qırtlağın onkoloji şişlərinə də siqnal ola bilər.

7. Psixi, nevroloji problemlərdə də dildə və ağızda acı tam, acı ərp ola bilir. Stress, həyəcan, təşviş öd kisəsinin tonusunu artırır, öd yollarına və mədəyə normadan çox öd sıçramasına səbəb olur. Bu zaman sinir əsəb sisteminin müalicəsi tələb olunur.

 

8. Əgər qısamüddətli, qəfil acılıq müşahidə olundusa, son qəbul etdiyiniz preparatlara da diqqət yetirin. Çox dərmanlar da ağızda quruluq, acı dad yaradır. Xüsusən antibiotiklər, göbələk əleyhinə dərmanlar və s.

 

9. Öd kisəsi daşları, xolesistit, diskineziya, öd yolları iltihabı ağızda metal dad verir. Bu problemlərdə həzm pozğunluğu, sağ tərəfdə ağrı da qoşulur.

10. Qastroezofagel reflüks – geniş yayılmış sindromdur. Öddə və mədədə spazm nəticəsində öd şirəsi, mədə turşuluğu qida borusuna sıçrayır. Bu zaman qıcıqlandıraraq yanğı, yanma hissi, acı-turş dad verir.

 

11. Bağırsaqlarda, orqanizmdə qurd, parazit invaziyaları olduqda ağızda acılıq hissi verir. Bu zaman xəstədə köp, qarında ağrı, qaşınma, ağızdan pis qoxu əlamətləri də ola bilər.

 

12. Endokrin səbəblər – qalxanvari vəzinin hormonal disfunksiyası öd yollarının spazmına səbəb olub, qida borusuna öd düşməsinə gətirib çıxarır. Həmçinin şəkərli diabetdə ağızda quruluq, acı tam müşahidə olunur.

 

İstənilən halda ağızda acılıq zamanı bu simptoma qarşı yox, onu yaradan səbəblərə qarşı səfərbər olmaq lazımdır.

 

Hansı həkimə üz tutmalı?

 

Acılıq 1 aydan çox davam edirsə ilk növbədə terapevtə getməli, daha sonra onun da göstərişi ilə qanstroenteroloq, nevroloq, endokrinoloq,

Qan, nəcis analizi, USM müayinə, qastroskopiya da mütləqdir.

 

 

Özünüz bunları edin:

 

-Ağız boşluğu gigiyenasına tam əməl etməli

-Gündə 4-5 dəfə, az-az qidalanma rejiminə keçməli

-Siqaret, alkoqoldan imtina

-Dərman preparatlarına diqqət

 

-Qidadan acı, turş, hazır, qızarmış, yağlı yeməkləri, sitrus meyvələri, qazlı işkiləri xaric edin

-Gündə 2 litr təmiz su için

-Psixi emosional vəziyyəti stabilləşdirin

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300