AFFA "Neftçi"nin idman direktorunu 10 oyunluq cəzalandırıb

 

AFFA İntizam Komitəsi "Neftçi”nin idman direktoru Ceyhun Sultanovu 10 oyunluq cəzalandırıb.

"Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klub rəsmisinin Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah”la səfər oyunundan sonra Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətməsidir. "Neftçi” C.Sultanovun davranışına görə 16000 manat cərimə olunub.

"Neftçi”nin futbolçusuları - Tural Axundov 33-cü, Baqali Dabo isə 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub onların hər birinə görə 200 manat cərimə ödəyəcək.

Oyunun 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Sabah”ın futbolçusu Vanderson Silvanın da cəza və cəriməsi eyni olub.

"Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Neftçi” klubu tərəfindən ödənilməlidir.

Qeyd edək ki, oyun "Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300