85 saylı Şamaxı seçki dairəsindən saxtakarlıq faktları... - VİDEOLAR, FOTOLAR
 
"85 saylı Şamaxı Seçki Dairəsinin 6-saylı məntəqəsində unikal formalı saxtakarlığa əl atıblar”. 

Bu barədə məlumatı Azinforum.az-a həmin dairədə seçkiləri müşahidə edən jurnalist Raziyyə İmranqızı verib. 

Onun sözlərinə görə, Xasay Musayevin sədrlik etdiyi həmin məntəqəyə səsverməyə yaşı düşməyən məktəbli uşaqlar gətirilib və onların qutuya bülleten salmasına şərait yaradılır: "Onların əksəriyyəti şəkilsiz vəsiqələrlə səs verdilər”.

Azinforum.az  faktların təqdim edildiyi  DSK-nın  sədri Hüseyn Rəcəbovla əlaqə saxlayıb. DSK sədri saytımıza açıqlamasında bildirdi ki, həmin məntəqə kollecə yaxın olduğu üçün uşaqlar orda olub: "Onların qutuya bülleten atmağını kim görübsə, bu başqa məsələ”.

Azinforum.az olaraq bildiririk ki, təqdim olunan video və fotolordan görünür ki, həmin uşaqlar bayırda yox, məntəqənin içindədirlər. Bu gün bazara təsadüf etdiyi üçün məktəblilərin kütləvi şəkildə məktəbə niyə gəlmələri də şübhə doğurur.

Yəqin ki, bu faktı əlaqədar qurumlar daha təfsilatı ilə araşdıracaqlar.

Azinforum.az həmin qanunsuzluğa dair faktları təqdim edir.




s1s2s3s4s5s6

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300