"Heyran gədiyi” Gilan ərazisi kimi- Test sualının "düzgün” bəndində

Ərdəbil əyalətində yerləşən "Heyran gədiyi” ərazisini Gilan əyalətinin ərazisi kimi göstərməklə bağlı cəhdlər davam edir.

Uluyol.az-ın teleqraf.com-a istinadənxəbər verir ki, İranın 3-cü telekanalında "Qalib ol” adı ilə keçirilən bir yarışmada "Heyran gədiyi”nin Ərdəbil əyalətinə aid olmadığını dolayı yolla göstərməyə çalışıblar. Belə ki, aparıcılar test sualı kimi yarış iştirakçılarından "Heyran gədiyi” İranın hansı əyalətində yerləşir?” deyə soruşublar. Dörd seçimli sualın cavabında Gilan, Şərqi Azərbaycan, Kirmanşah və Həmədan qeyd olunub.

Cavabda Ərdəbil əyaləti seçiminə yer verilməyib və bununla da duzgün cavab Gilan əyalətindən ibarət olub.

Güneyə bağlı saytlar bildirir ki, bu təhrif adı bir yanlışlıq deyil, "Heyran gədiyi” məqsədyönlü şəkildə Gilan əyalətinin ərazisi kimi göstərilib.

İran Teleradio Şirkəti ötən aylarda yayımladığı bir sənədli filmdə də Ərdəbilin "Heyran gədiyi”ni "Gilanın heyranı” adı ilə təqdim etmişdi.

Teleradio şirkətinin Azərbaycana qarşı mövqeyi azərbaycanlı internet istifadəçilərinin etirazı ilə qarşılanıb. Lakin Ərdəbil və Astaranın millət vəkilləri bu təhrifə səssiz qalıblar.

Gilan əyalətinin "Baran” telekanalı da oxşar təhrifə yol verərək "Heyran gədiyi”nin Gilan əyalətinə aid olduğunu nümayiş etdirib.

Qeyd olunur ki, müxtəlif rəsmi orqanların "Heyran gədiyi”ni Gilan əyalətinin ərazisi kimi göstərməsi hökumətin gizli göstərişi ilə baş verir. Bütün azərbaycanlılar, xüsusilə Ərdəbil əhalisi sistemli şəkildə həyata keçirilən plana dəfələrlə öz etirazlarını bildiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300