TANAP və TAP birləşdirilib

 

Azərbaycan qazının Türkiyəyə nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) və Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) boruları Türkiyə-Yunanıstan sərhəddindəki Meriç çayının sahilində qaynaqlanmaqla birləşdirilib.

"Report” bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

TAP və TANAP şirkətlərindən bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsində daha bir önəmli mərhələ baş tutub.Dəhlizin ən böyük hissəsini təşkil edən TANAP Avropaya qaz nəqlini nəzərdə tutan TAP-a birləşdirilib.

Qeyd edək ki, hər iki layihə Cənub Qaz Dəhlizi layihəsinin seqmentləridir.

TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır. Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin bu il iyunun 12-də rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP-ın ikinci hissəsi (Eskişəhərdən Türkiyə-Yunanıstan sərhəddinə qədər) üzrə işlərin 2019-cu ildə yekunlaşması gözlənilir.

TAP kəməri ilə ilkin olaraq ildə 10 mlrd. kubmetr qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300