Hər iki dəqiqədə bir körpənin həyatına son qoyan təhlükəli epidemiya

Dünya Səhiyyə Təşkilatının noyabrın 19-da yaydığı məlumatda son illərdə müxtəlif ölkələrdə malyariyanın ciddi təhlükə yaratdığı qeyd edilir.

Eurasia Diary xəbər verir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq qurumun statistikasına görə, xəstəlik dünyada hər iki dəqiqədə bir körpənin ölümünə səbəb olur. Hesabatda göstərilir ki, 2017-ci ildə dünyada malyariyaya yoluxma statistikasına 2 milyon hal əlavə olunub və ümumilikdə 219 milyon yoluxma halı qeydə alınıb. Yoluxmaların təxminən 90 faizi Afrika qitəsində baş verib və ötən il 451 min insan bu xəstəliyin qurbanı olub. 2016-cı ildə isə epidemiyadan ölənlərin sayı nisbətən az – 435 min nəfər olub. Epidemiyadan ölənlərin böyük hissəsi (266 min nəfər) beş yaşadək uşaqlardan ibarətdir ki, bu da təşkilat üçün acınacaqlı vəziyyət hesab olunur. Hesabatda qeyd edilir ki, əslində dəf edilməsi mümkün ola bilən xəstəlikdən hər iki dəqiqədə bir körpənin dünyasını dəyişməsi qəbuledilməz haldır.

Dünya Səhiyyə Təşkilatı 2010-2015-ci illərdə Afrikada malyariyaya qarşı mübarizədə uğurlar əldə etsə də, 2016-cı ildən başlayaraq yoluxma hallarının sayı artıb. Əsas problemli ölkələr Nigeriya, Mozambik və Konqodur.

Təşkilat dünya ölkələrini malyariyaya qarşı peyvəndvurma tədbirlərini gücləndirməyə, yoxsul ölkə və regionlara maliyyə dəstəyini artırmağa, eləcə də əhali arasında bu xəstəliklə bağlı maarifləndirmə işi aparmağa və profilaktik tədbirlər görməyə çağırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300