Türkçülüyə bağlı qrupu və səhifəni hakerlər dağıtdılar: Sifariş?!

 

Politoloq Umuxanım Hüseynzadəni yaradıcısı olduğu Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı səhifəsinin adminliyindən çıxarıblar.

Bu barədə U.Hüseynzadə özü məlumat verib. Onun sözlərinə görə, haker hücumuna məruz qalmasına səbəb səhifədə türkçülüyə aid paylaşımlar etməsi olub:
"İctimaiyyəti maatifləndirən, ona ziyalılarımızın aydın təfəkkürlü məqalələri, tarixi araşdırmaları vasitəsilə ideoloji yön göstərən, illərdir türkçülüyün, milli əqidənin inkişafına və formalaşmasına xidmət göstərən 120.000 üzvdən ibarət olan "Bütün Dünya Türkləri Birləşin" qrupumuzu hakkerlərin əli ilə dağıdıblar. Məni öz zəhmətimlə yaratdığım "Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı" səhifəsindən adminlikdən çıxarıblar. Bu, qarşımdakıların cılızlığını bir daha sübut etdi. Bu iyrənc əməlləri ilə düşünməsinlər ki, məni zəiflədə bildilər. Gücümə bir daha güc qatdılar. Bu gündən etibarən artıq sadəcə qrup halında deyil, Vətənimiz, millətimiz üçün təşkilat halında birləşib dünyaya sözümüzü çatdıracayıq. "Bütün Dünya Türkləri Birləşin" səhifəsi bu andan etibarən sayt və portalların üzünə açıqdır. Səhifəni bəyənərək aktuallaşdırmaq ixtiyarınıza verilir. Dəyərli media mənsubları, dostlar və əzizlərim, bundan sonra buyurub paylaşımlarınızı səhifəmiz və yeni yaratdığımız "Bütün Dünya Türkləri Birləşin" qrupumuz vasitəsilə işıqlandıra bilərsiniz".//afn.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300