ABŞ hökuməti "Tesla”nı məhkəmə verib

 

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (SEC) ölkənin elektromobil istehsalçısı - "Tesla” şirkətinə məhkəmə araşdırması göndərib.

"Report” "Reuters” agentliyinə istinadən xəbər verir ki, araşdırma şirkətin rəsmilərinin "Tesla Model 3” avtomobilinin istehsal həcmi barədə verdikləri bəyanatlar və proqnozlarla əlaqədardır.

ABŞ-ın Ədliyyə Nazirliyi də "Tesla"dan lazımi məlumatları təqdim etməyi xahiş edib. Bununla belə, "Tesla” bəyan edib ki, indiki mərhələdə hökumət səviyyəsində aparılan yoxlamalar şirkətə maddi ziyan vurmur.

Xatırladaq ki, bundan öncə, "The Wall Street Journal” nəşri yazmışdı ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu "Tesla Model 3” avtomobili ilə əlaqədar şirkətin verdiyi məlumatlar da daxil olmaqla investorlarda yeni model barədə formalaşmış təsəvvürlərlə bağlı yoxlamalara başlayıb. Bu ilin sentyabr ayında isə SEC "Tesla”nın qurucusu İlan Maska qarşı cinayət işi açıb. Buna səbəb onun şirkəti özəlləşdirmək, bütün səhmləri 420 ABŞ dollarına almaq niyyəti barədə "Twitter" sosial şəbəkəsindəki açıqlaması olub. Bu rəqəm səhmlərin bazar qiymətindən yüksək olduğu üçün onu qiyməti süni şəkildə artırmaq istəməkdə, dolayısı ilə fırıldaqçılıqda ittiham ediblər. Nəticədə İ.Mask şirkətin Direktorlar Şurasının sədri vəzifəsindən getməli olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300