Qaşqay türklərindən olan tanınmış musiqi ustadı vəfat edib

 

Qaşqay türklərinin böyük musiqi ustadı Fərhad Qorqinpur 70 yaşında dünyasını dəyişib.

 

Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan musiqiçi oktyabrın 31-də Şirazın Namazi Xəstəxanasında vəfat edib.

 

Fərhad Qorqinpur 1948-ci ildə Şiraz şəhərində Qaşqay türkü ailəsində dünyaya göz açıb. Doğulduğundan gözləri zəif görən musiqiçi 50 yaşında görmə qabliyyətini təmami ilə itirib. Buna baxmayaraq o akkordeon ifaçısı kimi böyük musiqi ustadına çevrilib.

 

Fərhad Qorqinpur ədəbiyyat sahəsində də fəal olub, "Qərib və Sənəm” və "Koroğlu” kitabları onun məşhur əsərlərindəndir.

 

Fərhad Qorqinpurun atası Həbib setar ifaçısı olub, onun kor və ya görmə qabliyyəti zəif olan Mustafa, Frud, Fərhad və Pəriçöhr adlı 4 övladı olub. Həbib Qorqinpurun bütün övladları musiqi sahəsində ustad olub.

 

Fərhad Qorqinpur cümə günü, noyabrın 1-də Abadə şəhərinin qəbiristanlığında dəfn olunacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300