Türkiyə İraqa zərbələr endirdi
Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Bildirilir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 7 döyüşçüsü, habelə silah-sursat anbarları məhv edilib.
Qeyd olunur ki, zərərsizləşdirilən terrorçularTürkiyə bazalarına hücum planlaşdırırmış.