Ukrayna yenə parçalanır: daha bir bölgə nəzarətdən çıxa bilər

 

"Ukrayna gələcəkdə Zakarpatye bölgəsinə nəzarəti itirə bilər”.

Musavat.com xəbər verir ki, bu sözləri ölkənin Müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir müavini Georgi Tuka Ukraynanın "Obozrevatel” qəzetinə söyləyib.

"Ukraynanın müstəqillik əldə etdiyi ilk gündən 3 bölgə mərkəzi hakimiyyətə sadiq qalmaları şərtilə yerli elitaların əllərinə təslim edildi. Bu, Krım, Donetsk və Zakarpatye olub. İki ərazini biz faktiki olaraq itirdik, Zakarpatye hələ qalıb. Lakin mən bir fikirlə razılaşıram ki, mərkəzi hakimiyyətin gücünün yetmədiyi bütün bölgələrdə nəzarət tamamilə əlimizdən çıxacaq”,- G.Tuka qeyd edib.

Georgi Tuka Zakarpatyeyə gözünü dikən Macarıstanın hazırda Rusiyapərəst mövqe tutduğunu bildirib. Onun fikrincə, Zakarpatye əhalisinə Macarıstan pasportlarının paylanması xüsusi hərbi əməliyyatdan başqa bir şey deyil. Ukraynalı nazir müavini bu situasiyanın ölkəsi üçün olduqca təhlükəli olduğunu ifadə edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında sosial şəbəkələrdə Zakarpatye bölgəsində yaşayan ukraynalı etnik macarlara pasportların paylanılması ilə bağlı video paylaşılıb. Ukrayna buna cavab olaraq Macarıstanın konsulunu ölkədən qovmuşdu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300