Tramp Hindistana getməkdən imtina etdi – Səbəb
ABŞ Prezidenti Donald Tramp 26 yanvar 2019-cu ildə Hindistanın Respublika günündə keçiriləcək tədbirlərdə iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb.
Bildirilib ki, ötən həftə səsləndirilən bəyanatlarda ABŞ rəsmiləri Trampın regiona qışda gözlənilən səfərinin baş tutmayacağını qeyd ediblər. Buna səbəb ABŞ-ın sanksiya hədələrinə baxmayaraq, Hindistanın İran neftindən imtina etməməsidir.