Bakı qumarxanalarından şok görüntülər – VİDEO
Xəbər verdiyimiz kimi, bu ilin əvvəlindən etibarən paytaxt Bakıda və bölgələrdə sürətlə qumarxanalar açılmağa başlayıb. Loto – qumar oynanılan bu məkanlara Bakının demək olar ki, bütün rayonlarında rast gəlinir. Bu məkanların bir neçəsindən geniş reportajlar təqdim etmişik.
Loto – qumarxanaların iş rejimi, oyun qaydaları haqda bir neçə dəfə ətraflı məlumat vermişik. Əvvəlcə qeyd edək ki, Bakının Yasamal, Xətai, Nizami, Nəsimi, Sabunçu, Xəzər, Nərimanov və bir neçə rayonlarında qısa zaman ərzində açılan bu qumarxanalar şəbəkə şəklində fəaliyyət göstərirlər.
Bakı qumarxanalarından şok görüntülər – VİDEO
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin görünən budur ki, bu qadağaya əməl edən yoxdur. Əks halda şəhərin mərkəzi küçələrində, gecə saatlarınadək kimlər cəsarət edib qumarxana işlədərdi?
Məlum məsələdir ki, şəbəkəni himayə edən şəxs və ya şəxslərin bütün bu qadağalara qarşı gələcək qədər "sözləri” keçərlidir. Loto-qumarxanaların hamısında oyun qaydaları eynidir. Bu məkanlarda işləyənlərin ara-sıra yer dəyişdirdiyini də müşahidə etmək mümkündür. Sadəcə çayın pulsuz olduğu məkanlarda 3 kartın qiyməti 2 manatdır. Ay ərzində qumarxanalardan qazanılan məbləğ yüz minlərlə manat civarında olur.
Yeni açılan məkanlardan biri də Nizami rayonu ərazisində "Neftçilər” metrostansiyasının çıxışındadır. Yuxarıda da qeyd etdiyimiz kimi, məkanların hamısında oyun qaydaları, obyektlərin dizaynı eynidir. Bu məkanı digərlərindən fərqləndirən və əsas diqqətimizi çəkən məqam isə, obyektin qarşısında səsgücləndiricilər vasitəsi ilə yoldan keçənlərin "Maraqlı və gəlirli vaxt keçirmək istəyirsinizsə, bizim "Elit loto” kluba buyurun. Yüksək uduşlar əldə etmək istəyirsinizsə, bizim Elit loto kluba buyurun” qumara dəvət edilməsidir.
Bakı qumarxanalarından şok görüntülər – VİDEO
Bu cür reklam növü ölkədə sürətlə geniş büsət alan qumarxana şəbəkəsini idarə edənlərin yeniliklərindən biridir. Məkanın digər özəlliyi isə, uduşda məişət əşyalarının da olmasıdır. Yazdıqlarımızla sanki bu qumarxanaların reklamını aparır, onların harada olmasını insanların diqqətini çatdırmaq missiyasını yerinə yetiririk. Çünki qanunla qadağan olunmuş qumarın təşkil olunmasını, məkanların yerini, fəliyyətini müvafiq qurumların diqqətinə çatdırsaq da, heç bir tədbir görülmür.
Maraqlıdır, niyə? Bu suala cavab verməli olan şəxslər çoxdur…
 
ULUYOL.İNFO


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300