İraq hökuməti İranın sifarişi əsasında 7 türkmən zabiti həbs etdi

 

İraqda prezident seçkisi və yeni hökumətin qurulmasından sonra, qalmaqallı həbslər başlayıb.

Avropa.info xəbər verir ki, həbslər çərçivəsində İraqda təqaüddə olan 7 türkmən zabit də saxlanılıb.

İraq kəşfiyyatı tərəfindən hazırlanan hesabat çərçivəsində saxlanılar türkmən zabitlər, İran-İraq müharibəsində iştiraklarına və Hələpçə qətliamı bəhanəsi ilə həbs olunublar.

Qalmaqalı həbslərə sərt reaksiya göstərən İraq türkmənləri, həbslərin İran-Tələbani-Bərzani arasında yeni hökumətin qurulması ilə bağlı danışıqlardan sonra həyata keçirilməsinə diqqət çəkiblər.

Türkiyənin "Yeni Şafak” qəzetinə danışan İraq hökumətindəki bir səlahiyyətli həbslərin arxasında İranın durduğunu açıqlayıb. İraqlı mənbə, rəsmi Tehranın İran-İraq müharibəsində iştirak edən türkmən zabitlərdən qisas aldığını deyib.

"Türkmən zabitlərə qarşı əməliyyat İraq Daxili İşlər naziri Qasım əl Araci tərəfindən başladılıb. Həbs olunan keçmiş zabitlərə işgəncələr verilib və onlardan zorla ifadə almağa cəhd göstərilib”- iraqlı rəsmi belə deyib.

Prosesləri dəyərləndirən iraqlı türkmənlər, mayor, polkovnik və kapitan rütbəsində olan türkmənlərin gündəm dəyişdirmə məqsədi ilə həbs olunduqlarını bildirirlər. Təqaüddə olan mayor Fevzi Həsən, Türkmən Cəbhəsinin gərgin səyləri nəticəsində sərbəst buraxılıb. Mayor Abdulsəttar və kapitan İlham bəy olmaqla digər 6 nəfərin həbsi isə davam edir. İraqlı türkmənlər, Haləpçə qətliamı zamanı Səddam Hüseynin xüsusi qoşunlarının vəzifə aldığını və heç bir türkmənin bu prosesdə iştirak etmədiyini bildirirlər.

İraqda 12 may 2018-ci ildə keçirilən seçkilərin ardından, sentyabr ayında keçirilən görüşlər nəticəsində Bəhram Saleh prezident elan olunub. Salehin ilk fərmanı isə seçkilərə müstəqil namizəd olaraq qatılan şiə siyasətçi Adil Abdulmehdini hökumət başına gətirmək oldu. Açıqlanan hökumətdə heç bir türkmənə yer verilmədi.

Yeni hökumətinin bağlı qapılar arxasında məzhəb və etnik amillər əsasında formalaşdığını qeyd edən İraq Türkmən Cəbhəsinin sözçüsü Əli Mehdi, bu hökumətin iraqlıları təmsil etmədiyini deyib.

"Bu vəziyyət türkmənləri yox saymaq deməkdir. Bu hökumət başda türkmənlər olmaqla milyonlarla iraqlını təmsil edə bilməz” – Əli Mehdi belə deyib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300