Almaniyada "şeytan çarxı"nın kabinaları yerə düşüb, 8 uşaq xəsarət alıb
Almaniyanın Tirşenroyt şəhərində "şeytan çarxı"nın kabinalarının yerə düşməsi nəticəsində 8 uşaq xəsarət alıb.
"Report” "Spiegel Online" nəşrinə istinadən xəbər verir ki, uşaqlar müxtəlif travmalarla xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, ciddi yaralanan yoxdur.
Polis nümayəndəsi qeyd edib ki, "şeytan çarxı" 4 metr diametrində olub.
Bundan əvvəl Fransanın Nyovil-sür-Sone şəhərində attraksionda baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb.