Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR qaxdı
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, oktyabrın 22-də qızılın qiyməti oktyabrın 19-u ilə müqayisədə 0,918 manat artaraq 1 unsiya üçün 2087,515 manat təşkil edib. Gümüş 0,0907 manat bahalaşaraq 1 unsiya üçün 24,9359 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 7,752 manat artaraq 1419,143 manat, palladiumun qiyməti isə 21,3945 manat artaraq 1856,604 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.