Nasist Almaniyasını nüvə silahından məhrum edən norveçli diversant 99 yaşında dünyasını dəyişib

İkinci Dünya müharibəsi dövründə Hitler koalisiyasına qarşı mübarizə aparan norveçli İoahim Ryonneberq 99 yaşında dünyasını dəyişib.

Eurasia DiaryTASS informasiya agentliyinəistinadla xəbər verir ki, 1943-cü ildə ağır su istehsalının məhv edilməsi üzrə "Qannersayd” əməliyyatına komandanlıq edən Ryonneberq 1919-cu ildə doğulub. Adolf Hitler Norveçi işğal edəndə o, 1940-cı ildə Böyük Britaniyaya qaçır və müqavimət hərəkatına qoşulur. Hərbi hazırlığı keçib Norveçə qayıdan Ryonneberq nasistlərə qarşı bir neçə xüsusi əməliyyatda iştirak edir.

1943-cü ildə ona Norveçin Vemork şəhərində ağır suyun istehsalı üzrə "Norsk Hydro” şirkətinin zavodunun partladılması üzrə əməliyyatın hazırlanması tapşırığı verilir. Müttəfiqlər ehtiyat edirdilər ki, nasistlər nüvə silahının hazırlaması üçün ağır sudan istifadə edə bilərdilər və buna görə də onun istehsalını məhv etməyə qərar verirlər. 1942-ci ildə birinci diversiya cəhdi uğursuz alınır.

1943-cü ildə Ryonneberq və onun qrupu Vemorkda müvəffəqiyyətli əməliyyat həyata keçirir. Onlar paraşütlərlə düşərək xizəklərdə zavoda çatırlar və müəssisəni partladırlar. Qrup xilas olmağa və neytral ölkə olan İsveçə keçməyə nail olur. Bununla "Qannersayd” əməliyyatı uğurla baş tutur.

Norveçli diversant daha sonra danışırdı ki, o, son anda fitil ipini qısaltmağa qərar verir. Partlayışın bir neçə dəqiqə sonra baş verməsi isə diversiyanın qarşısının alınmasına gətirib çıxara bilərdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300