Borçalı Cəmiyyətinin rəhbərliyi son Türkiyə səfərini yüksək dəyərləndirdi- FOTOLAR

 

Oktyabrın 5-də Borçalı Cəmiyyətinin İH - nin genişləndirilmiş iclası keçirilib. İclas əsasən Cəmiyyət heyətinin Uluslararası Türk Kültür təşkilatı -TÜRKSOY un dəvətilə Türkiyə səfərinə və səfər boyu keçirilən tədbirlərin dəyərləndirilməsinə həsr olunub. Səfər haqda ilkin təəssüratlarını bölüşən Borçalı Cəmiyyətinin sədri Zəlumxan Məmmədli TÜRKSOY kimi mötəbər bir qurumun b7 təşıbbüsünü yüksək dəyərləndirərək sentyabrın 24-dən 30-dək Ankara, Eskişehir və Bursada " Prof.Dr. Camal Mustafayev və Borçalı " konfransları, görüşlər və ziyarətlər haqda ətraflı məlumat verdi. Səfərdə iştirak edən İH- üzvü Rüfət Muradlı və Aşıq Tərmeyxan Qurbanov da öz təəsüratlarını bölüşdükdək sonra İH üzvləri Borçalı Cəmiyyətinin son Türkiyə səfəri haqda hazırlanan hesabatı dəyərləndirdilər. Həmin hesabatda deyilir: " Sentyabr ayının 24-dən 30-dək mərkəzi Ankarada yerləşən "Uluslararası Türk Kültür Təşkilatı” – TÜRKSOY-un təşkilatçılığı ilə "Türk Dünyasının Öncülləri” konfransları silsiləsindən sayca 8-ci olan Borçalı Elini və elm adamlarını tanıtma niyyətli "Prof.Dr. Camal Mustafayev və Borçalı Eli " mövzusunda konfranslar təşkil olunmuşdur. Azərbaycanı və Borçalı Elini konfransda "Borçalı Cəmiyyəti” təmsil edirdi. Konfranslar müvafiq olaraq sentyabrın 25-də Ankarada, 26-da Eskişehirde, 28 sentyabr tarixində isə Bursada keçirildi. Hər üç konfransda mövzu ilə bağlı məruzəni Zəlimxan Məmmədli etdi. Borçalı Cəmiyyəti bu konfransda sədr Zəlimxan Məmmədlinin rəhbərliyində "Cəmiyyət”in İdarə Heyətinin üzvü, jurnalist Rüfət Muradlı, şair Osman Əhmədoğlu, aşıq Tərmeyxan Qurbanov, aşıq Nargilə Mehtiyeva, Marneulidəki "Sarvan” Folklor qrupunun üzvləri - rəqqaslar Orxan Məmmədov və Aygün Həsənova, eyni zamanda Türkiyədə yaşayan Borçalı kökənli ustad aşıq Selahettin Dündarla təmsil olunmuşdur. Konfransların keçirilməsi üçün Türkiyəyə ezam olunan nümayəndə heyəti ilk gün 1918-ci ildə Şərqdə ilk respublika olan qurulmuş Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını və Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün " Anıt Kabir”ini ziyarət etdilər. Ziyarətlərdən sonra Borçalı Cəmiyyətinin heyətini şəxsən TÜRKSOY-un Baş Katibi prof. Düsen Kaseinov nəzakət yeməyi ilə qarşıladı. Yemək masası arxasında qarşılıqlı tanışlıq və faydalı fikir mübadiləsindən sonra saat 15-də TÜRKSOY-un baş ofisinin iclas salonunda konfrans öz işinə başladı. Konfransda Türkiyənin tanınmış bilim adamları, iştimai-siyasi xadimləri, media mənsubları və STK təmsilçiləri iştirak edirdi. Tədbirdə Türkiyənin Dövlət rəsmilərindən TBMM üzvü, Türkiyə- Azərbaycan Dostluq qrupunun rəhbəri cənab Şamil Ayrım və Türkiyə Cumhuriyyəti Prezidentinin Baş Danışmanı cənab Yalçın Topçu iştirak edirdilər.
Tədbirin aparıcısı Cavid Mövsünlünün qısa giriş çıxışından sonra söz TÜRKSOY-un baş katibi Düsen Kaseynova verildi. Konfransda açılış nitqi ilə çıxış edən Düsen Kaseinov türk xalqlarının köklü bir tarixə sahib olduqlarını və geniş bir coğrafiyaya yayıldığını vurğulayaraq "Borçalı Türkiyə ilə Gürcüstan və Azərbaycan arasında könül körpüsüdür” söyləyərək Gürcüstanın Borçalı bölgəsində məskunlaşmış türklərin zəngin tarixə və mədəniyyətə sahib olduqlarını dilə gətirdi və Borçalı adına tədbirə qatılan qonaqları salamladı. Borçalının Türkiyədə yetərincə tanınmadığına diqqət çəkən cənab Kaseinov konfransın məqsədinin Gürcüstanda türk topluluğunu yaxından tanımaq, mədəni-tarixi mirasımıza diqqət çəkmək və Borçalının böyük övladı prof. Camal Mustafayevin elmi və insani keyfiyyətlərini üzərindən Borçalını daha yaxından tanıtmaq olduğunu bildirdi. O əlavə etdi ki, Camal Mustafayevin elmi yaradıcılığı ilə yanaşı hər bir Borçalı türkünün dilində ona Dədə Camal ismi ilə muraciət etməsi onun insani keyfiyyətlərinin də çox yüksəklərdə durduğunun göstəricisidir.
Daha sonra çıxış edən Türkiyə Cumhurbaşkanının baş danışmanı Yalçın Topçu şəxsinin Axıska türkü olduğuna diqqət çəkərək - "Borçalı türkləri qan qardaşımızdır, Camal Mustafa ( o belə xitab etdi) kimi bir şəxsiyyət yetişdirən dəyərli millətin övladları hər cür basqıya, zorluqlara, maddi və mənəvi sıxıntılara baxmayaraq saf Türk kültürünü yaşada bildiklərini, qədim türk mədəniyyət ocağı olduqlarını isbatlaya bilmişlər. Basqılar, kosmopolit kültürəl ortam və digət sıxıntılara baxmayaraq əxlaqi keyfiyyətlərini qoruyaraq yaşadığı ölkəyə və millətə əsla xəyanət etmədən Türklük bayrağını və dəyərlərini uca tutan qardaşlarımızla qürur duyuram” söylədi.
AK Parti İstanbul Millət vəkili Şamil Ayrım, " TÜRKSOY tərəfindən düzənlənən bu tədbiri təqdir edirəm. Ömrünü elmə, millətinə həsr etmiş Borçalı bilim insanının Türkiyəyə təqdim olunmasına görə TÜRKSOY-a və faydalı çalışmalarına görə Borçalı Cəmiyyətinə təşəkkürümü bildirirəm. Biz keçmişimizi, dəyərlərimizi yeni nəsillərə tanıtmalıyıq. Bunları bacarmasaq itkilərimiz çox olar”.- deyə çıxışında vurğuladı.
Protokol çıxışlarından sonra Zəlimxan Məmmədli məruzə ilə çıxış etmişdir. Borçalı Cəmiyyəti və qədim Türk yurdu Borçalıdakı soydaşlar adından konfrans iştirakçılarını salamlayan Zəlimxan Məmmədli TÜRKSOY-un qurulduğu 25 ildə ortaq Türk tarixi, mədəniyyəti və sənətinin formalaşmasındakı əməyinin qürurverici olduğunu ifadə etdi. Borçalı türklərinin məskunlaşdıqları bölgədə min illərdir Türk kimliyini, mədəniyyətini qoruduğunu dilə gətirən Zəlimxan Məmmədli bildirdi: "Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, tarixi Borçalıda türklər 3000 ildir məskunlaşmışlar.Borçalı türklərinin kultür, dialekt, adət-ənənə özəlliklərinin və özünəməxsus aşıq məktəbinin mövcudluğunun kökündə də məhz aborigenlik durur. Borçalı türkləri özlərində Dədə Qorqud ruhunu yaşadan , bulaq suyu qədər dup-duru, saf Türk topluluğudur”. Zəlimxan Məmmədli bir sıra statistik bilgiləri və Borçalı Cəmiyyəti haqqında konfrans iştirakçılarına bilgi verdikdən sonra prof.Dr. Camal Mustafayev şəxsiyyəti və yaradıcılığı haqqında danışdı. O bildirdi ki, Camal Mustafayev Qədim Yunan, Avropa və Şərq fəlsəfi cərəyanlarının mükəmməl bilicisi olmaqla öz tədqiqatlarında diqqəti çağdaş Avropa fəlsəfəsinin təməl olaraq Şərq fəlsəfi fikir dünyasından qidalandığını, şərq düşüncəsində ədalətlilik, humanizm, fərqliliklərlə dinc-yanaşı yaşama meylinin güclü olmasına yönəldir. Bu baxımdan onun "Zərdüştlük Avropa Fəlsəfəsində” əsəri diqqət çəkəndir. Camal müəllim yaradıcılığında Nizami Gəncəvi irsini, Səməd Vurğun, aşıq Ələsgər yaradıcılığını tədqiq edərək bir sıra yeniliklərə imza atmışdır. "Səməd Vurğunun "Qalib gələcəkmi cahanda kamal” kəlamını incələyərək bu fikrin məhz zor düşüncəsinə, dünyanı təhdid edən hərb düşüncəsinə, Nitşe zehniyyətinə qarşı şərq-türk mütəfəkkirinin dili ilə türk mənəvi-əxlaqi dəyərlərini qoyduğunu iddia etməsi maraqlı yanaşmadır. Daha sonra natiq tədbir iştirakçılarına təşəkkürünü bildirməklə - "Camal Mustafayevin elmi fəaliyyəti ilə birlikdə ən böyük dəyəri insanlığa xidmət etməsidir və yazdıqlarını olduğu kimi - İNSAN kimi yaşaması, olduğu kimi görünməsidır, Camal Mustafayev elmdə zirvəyə ucaldığı kimi , insanlıqda da o zirfəni fəth etmişdi ”, deyərək Türkiyə ictimaiyyətini Borçalı türklərini, onun dəyərlərini, elm adamlarını daha dərindən öyrənməyə dəvət etdi. Zəlimxan Məmmədli "Biz azıq, amma varıq, heç kimdən umacağımız da yoxdur, Türk dünyasının harada məskunlaşmasından asılı olmayaraq soydaşlarına diqqət ayırmağa, yaxından tanımağa dəvət edirik.”- deyərək məruzəsini yekunlaşdırdı.
Borçalının ən önəmli mədəniyyət zənginliklərindən biri olan aşıqlıq sənəti haqqında bilgi verən Yıldırım Beyazit Universitetinin əməkdaşı Dosent Dr. Oğuzxan Aydın çıxış edərək aşıqlıq sənətinin tarixi, özəllikləri, topluma ruhani təsirinin mahiyyəti haqqında maraqlı fikirlər söylədi.
Daha sonra Gürcüstan Aşıqlar Birliyinin sədri , tanınmış şair Osman Əhmədoğlu "Qədim, ulu Borçalının yetirmələrini, sahiblərini burada – Türksoy çadırı altında gördüyümdən çox bəxtiyaram” söyləyərək təşkilatçılara təşəkkürünü bildirdi.
Konfransın 3-cü bölümündə Aşıq Selahettin Dündar , Aşıq Nargilə Mehdiyeva, Aşıq Tərmeyxan Qurbanov, Marneulidə fəaliyyət göstərən SARVAN rəqs qrupunun alqışlarla müşayiət olunan çıxışları olub. Sonda konfrans iştirakçılarına TÜRKSOY və Borçalı Cəmiyyəti tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Sentyabrın 26-da Borçalını tanıtma konfransı Eskişehirdə Anadolu Universitetinin konfranslar salonunda Universitetin "Türk Dünyası Bilim, Kültür və Senet Mərkəzi " və Eskişehir Azərbaycanlıları dərnəyinin təşkilatçılığı ilə baş tutdu. Konfrans öncəsi Universitetin rektoru Doktor Şafak Ertan Çomaklı Borçalı heyətini qəbul etdi. Qəbulda rektora Borçalı haqda dolğun bilgilər verildi və Borçalı Cəmiyyətinin xatirə xüsusi hədiyyəsi, Camal Mustafayevin əsərləri və Borçalı Cəmiyyətinin nəşrləri təqdim edildi. Borçalıda milli türk məktəblərinin durumu, gənc kadrların hazırlanması yolları, əlaqələrin genişləndirilməsi haqqında maraqlı fikir mübadiləsi aparıldı və müəyyən razılaşmalar əldə edildi. Nümayəndə heyətinin ən maraqlı gəzintilərindən biri Anadolu Universitetinin nəzdindəki Türk dünyası Bilim və Kultür Mərkəzində oldu. Borçalı Tanıtma konfransının iştirakçıları Türk bilim və kültür sahəsinə aid tarixi zənginliklə tanış oldular . Belə bir mərkəzin Bakıda da qurulması çox faydalı olardı.
Sentyabrın 28-də Borçalını Tanıtma üzrə silsilə konfranslar Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə Ördəkli Kültür Mərkəzində sona çatdı. Konfransda Bələdiyyə rəsmiləri, STK təmsilçiləri, bilim adamları və soydaşlarımız iştirak edirdilər. Konfransdan öncə Bələdiyyə Başqanı Mustafa Dündar Borçalı heyətinə xüsusi diqqət ayıraraq qəbul etdi. Maraqlı fikir mübadiləsindən sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olundu və xatirə şəkillləri çəkildi. Bələdiyyə başkanı Borçalı Heyətinə böyük sayğı göstərərək hələ rəsmi açılışı olmamış Bursanın fəthi tarixini anladan "Panorama Fetih 1326” muzeyini ziyarətə dəvət etdi və Bələdiyyə Başkan yardımçısı Cem Kurşad beyin rəhbərliyində bu ziyarət gerçəkləşdi.
Sentyabr ayının 29-da Borçalı Cəmiyyətinin nümayəndə heyəti Bursadan Ankaraya dönərkən Osmanlının qurucusu Suleyman Şah oğlu Ərtoğrul Qazinin Söğüt deyilən ərazidə qəbrini ziyarət etdilər. Duyğulu anlar yaşandı. Fatihə verildi, ruhuna, Türk dünyasının bu günü və gələcəyi naminə dualar oxundu. Ən sonda qəbrin kənarından Borçalı Cəmiyyətində saxlamaq üçün torpaq götürüldü.
30 sentyabr tarixində saat 15-də Türkiyə Cumhuriyyəti Cumhur başqanının Baş Danışmanı cənab Yalçın Topçu Külliyədə öz otağında Borçalı Cəmiyyətinin heyətini yüksək səviyyədə qarşıladı. Səmimi atmosferdə Türk dünyası, Türkiyə Cumhuriyyəti, Güney Qafqaz, Borçalı ilə bağlı səmərəli, qarşılıqlı fikir mübadiləsi aparıldı. Yalçın Topçu Borçalı Cəmiyyətinə xatirə hədiyyələri təqdim etdi, Borçalı Cəmiyyətinə və Borçalı elinə xoş arzularını bildirdi. Ən sonda xatirə şəkli çəkildi”
Hesabat yekdilliklə qəbul edildi və nəzərə alındı ki, başda TÜRKSOY təşkilatı olmaqla bütün təşkilatçılara Cəmiyyət adından təşəkkür məktubları hazırlansın, eləcə də təşkilatçılarla Borçalı Cəmiyyətinin xüsusi təltifləri də nəzərdə tutulsun.
İH üzvləri həmçinin oktyabr ayının 15-də keçiriləcək "Yubilyarlar günü” ilə bağlı da qərar qəbul ediblər.

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300