Bu ölkədə azərbaycanlılar sürətlə azalır - Statistika

 

1989-cu ildən bu vaxta qədər Gürcüstanda yaşayan və dərs deyən azərbaycanlıların, həmçinin azərbaycandilli məktəblərin sayında ciddi azalma müşahidə olunur.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. O bildirib ki, hazırda Gürcüstanda işləyən müəllimlərin 80 faizi təqaüdçüdür və orada ciddi şəkildə kadr çatışmazlığı var.

Gürcüstandakı soydaşlarımızın təhsil aldığı milli məktəblərimizin statistikası:

1989-cu il - 183 məktəb.

1999-cu il - 167 məktəb.

2009-cu il - 124 məktəb.

2014-ci il - 117 məktəb.

2018-ci il - 80 məktəb

Gürcüstandakı milli məktəblərdə çalışan müəllim soydaşlarımızın sayı:

1989-cu il - 6922 nəfər.

1999-cu il - 4481 nəfər.

2009-cu il - 3777 nəfər.

2018-ci il - 3628 nəfər.

K.Əsədov onu da qeyd edib ki, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 3-də saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstandakı soydaşlarımızın təhsil problemləri müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstanda bu il 500-ə yaxın azərbaycanlı abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb kimi onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsi göstərilir.//axar.az

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300