DİQQƏT! Şəxsi yazışmalarınız İZLƏNİLİR – VİDEO – FOTO

 

"Mesajlaşma proqramlarında şəxsi yazışmalar oxunurmu?” Sualı son zamanlar ən actual mövzulardan birinə çevrilib.

ARB TV-nin "Günə doğru” verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına cıxmasına dair reportaj hazırlanıb.

Məsələn "Messenger”də kiməsə "mən filan markalı smartfon alacam” yazırsansa bir müddət sonra həmin markanın reklamı sizə göndərilir. Bu nə deməkdir və necə baş verir?

Rəşad Əliyev – İT mütəxəssis: "Əslində bu tip məlumatların verilməyi sosial mühəndislik adlanır. Yəni, sənin özünün xəbərin olmadan paylaşdığın məlumatların mənimsənilməsi və generasiyası prosesi gedir. Bu tip hallara dünyada çox rast gəlinir”.

Ona görə də proqram yükləyərkən sizdən müəyyən icazələri istənilir. Siz də oxumadan hər şeyi qəbul edirsiz. Bununla da həmin proqramlar sizin məlumatlarınızdan, yazışmalarınızdan açar söz kimi istifadə edə bilər.

Orxan Rza – Proqramçı: "Bu da sonradan təhlükə yaradır. Çünki, bütün informasiyalar toplanır, sonradan istər spam mesajlar olsun, istər digər kontentlər olsun, sizə göndərilir. Bu tip proqramları yükləməklə siz təkcə özünüzə yox, həm də telefonunuzda olan başqa insanların məlumatlarını da təhlükə altında qoyursuz”.

Çünki, istənilən yazışma proqramı bir birinə e-mail ünvanı və mobil nömrələrlə əlaqəlidir. Bununla hətta sizin telefonunuzda olan digər nömrələrə də belə reklam mesajları və ya spamlar gedə bilər.

Rəşad Əsgərov – Sosioloq: "Bu məsələdə insanlarda müəyyən qədər çaşqınlıq hissi yaranır. Bununla da həmin şəbəkələrdən istifadə edən insanların sayı azalır. Sosial şəbəkələrdən istifadə edənlər qəliz kodlar və identifikasiya sistemi ilə məlumatların oğurlanmasının qarşısını ala bilərlər”.

Yazışma proqramlarında vaxtilə kiməsə yazdığınız sözə uyğun olaraq reklam mesajlarının gəlməsinin qarşısının alınması isə çətindir.

2.jpg (194 KB)

 

1.jpg (194 KB)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300