Ukrayna gözəlinin tacı əlindən alınır- Maraqlı səbəb

Ukraynada keçirilən gözəllik yarışmasının birincisi olan Veronika Diduşenko müsabiqədən uzaqlaşdırılıb.

Eurasia Diaryxarici mediaya istinadla xəbər verir ki, buna səbəb Diduşenkonun evlənib boşanması və 4 yaşında qızının olmasıdır. Bunun həm Ukrayna, həm də Dünya Gözəllik yarışmasının qaydalarına zidd olduğunu əsas gətirən müsabiqənin idarə heyəti xanım iştirakçını yarışdan diskalivikasiya edib.

Yarışmanın icra direktoru Viktoriya Kios ukraynalı gözəlin müsabiqənin bütün şərtləri ilə razılaşıb müqavilə imzaladığını, daha sonra isə qaydaları pozduğuna görə yarışdan uzaqlaşdırıldığını açıqlayıb. Viktoriya Kios bu hadisədən sonra hətta Ukraynanın Dünya Gözəllik yarışmasından kənarda qala biləcəyini də istisna etməyib. Bütün bunlara rəğmən pərəstişkarlarından dəstək alan Veronika Diduşenko gözəllik tacını geri qaytarmaqdan imtina edib.

Qeyd edək ki, təşkilatçılar tacın yeni sahibinin adının bu həftənin bazar günü açıqlanacağını bildiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300