Türkmənlər qətliam təhlükəsi ilə üz-üzə

 

Onları PKK-dan necə qorumalı; Fazil Mustafa: "Türkiyənin bu prosesə İranla birlikdə təsir göstərməsi daha doğru olardı”

Bu günlərdə Kərkükdəki türkmənlərin taleyi ilə bağlı növbəti həyəcanlı xəbər yayıldı. Bildirildi ki, PKK terror təşkilatının Kərkükdə türkmənlərə qarşı hazırladığı xain plan ortaya çıxıb.

Məlumata görə, son vaxtlar PKK terrorçularının Kərkük şəhərində əhali arasında yerləşməsi ciddi narahatlıq doğurub. Narahatlığa səbəb isə PKK terrorçularının türkmənlərə qarşı qətliam planı hazırlamasıdır. Avropa.info-nun xəbərinə görə, İraq Türkmən Cəbhəsinin məsulu Məhəmməd Saman "Anadolu”ya açıqlamasında deyib ki, bir il öncə şəhəri tərk edən terrorçular son aylarda yenidən şəhərə geri dönməyə başlayıblar. M. Saman deyib ki, PKK terrorçularının şəhərə yerləşməsindən əhali ciddi narahatlıq yaratmaqdadır: "Peşmərgə və kürd asayiş gücləri arasında PKK terrorçular Kərkükə sızmaqdadır. Terrorçuların başqa ad altında şəhərə yerləşməsi ciddi xain planlardan xəbər verir. Biz onların türkmənlərə qarşı yenidən qətliamlar törədəcəyindən əndişəliyik”.

Qeyd edək ki, bundan əvvəl də türkmənlərə qarşı dəfələrlə qətliamlar törədilib, minlərlə qan qardaşımız öz yurd yerlərindən, tarixi məskənlərindən didərgin salınıb. İddialar var ki, türkmənlərin tarixi torpaqlarından qovulmasında məqsəd neftlə zəngin ərazilərin nəzarətə alınması, həmçinin bölgədə qeyri-türklərin yerləşdirilməsi nəticəsində müxtəlif dünya ölkələrinin laboratoriyalarında hazırlanan planların uğurla başa çatdırılmasıdır. Təbii ki, bu vəziyyət bütün türk dünyasını, xüsusilə də Türkiyə və Azərbaycanı narahat etməlidir. Bölgədə əsas güc mərkəzinə çevrilmiş qardaş Türkiyənin türkmənləri xilas üçün planlarının olması da istisna deyil. Qardaş ölkənin Suriya və İraqda PKK, PEJAK, İŞİD-ə qarşı apardığı savaş davam edir. Terrorçu təşkilatlar fürsət düşən kimi özlərinin xain projelərini reallaşdırmaq istəyirlər. Bu prosesdə onlara erməni terrorçuları da dəstək verir. Hətta PKK-nın Ermənistanda və Dağlıq Qarabağda təlim düşərgələrinin olduğu barədə bu yaxınlarda Türkiyə mediasında yazıldı. Hətta bir qrup terrorçunun Ermənistandan Türkiyə ərazisinə keçməyə hazırlaşdığı bildirildi. PKK xilas üçün Ermənistana, oradan da Qarabağa sığınır, sakitlik yarananda isə yenidən geri dönür, türklərə qarşı qətliam hazırlayır. İndiki məqamda türkmənləri PKK hücumundan qorumaq lazımdır ki, sonra gec olmasın. Amma özlərini həm də azərbaycanlı hesab edən türkmənlərə Bakının da hansısa vasitə ilə dəstək olması zəruridir.

 

Deputat, BQB başqanı Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, Türkiyənin bu prosesə İranla birlikdə təsir göstərməsi daha doğru olardı:"Bölgədə hər iki dövlət PKK-nı ortaq düşmənə çevirməsələr, bölgədə terrorun qarşısını almaq çətin olacaq. İraq hökuməti də daha çox İranın diktəsi ilə hərəkət etdiyindən, bu məsələyə anlayışla yanaşacaqlar”.

F.Mustafanın fikrincə, Azərbaycanın bu məsələdə real yardım imkanı yoxdur: "Çünki İraqla həmsərhəd deyil ki, oradan dəstək versin. Həm də başqa ölkənin daxili işlərinə qarışmaq da mümkünsüzdür. Söhbət mənəvi dəstəkdən gedə bilər. Əsas ağırlıq yenə də Türkiyənin üzərinə düşür”.

Bəs deputatın parlamentdə türkmən qardaşlarımıza heç olmasa humanitar dəstəklə bağlı məsələ qaldırmaq niyyəti varmı?

Mustafa bunu mümkün saydı: "Humanitar dəstək barədə məsələ qaldırmaq olar. Bu yenə də İraq hökumətinin razılığı ilə gerçəkləşdirilməlidir. Bütün hallarda Kərkük türklərinin durumu ilə bağlı məsələni gündəmə gətirmək vacibdir”.

ELŞAD, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300