İdman hafizəni möhkəmləndirir

 

Yoqa və ya buna bənzər idman növü ilə məşğul olmaq hafizəni gücləndirir.

Kaliforniya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, idman yaddaşın formalaşması və qorunmasına cavabdeh beyin hissəcikləri arasındakı neyronların güclənməsinə səbəb ola bilər.

Mütəxəssislər 36 könüllünün 10 dəqiqə yüngül idmanla məşğul olduqdan sonra maqnit-rezonans tomoqramma vasitəsilə beyin fəaliyyətini öyrəniblər. Araşdırmaların əsasən beyində yeni neyronların və əsəb hüceyrələrin əmələ gəlmə prosesini öyrənməyə yönəlik aparıldığına baxmayaraq, bu mümkün olmayıb. Belə ki, alimlərin fikrincə beyində neyronların öyrənilməsi üçün 10 dəqiqə idman kifayət etmir. Lakin, buna baxmayaraq tədqiqatlar böyük beyin qabığının hafizə ilə bağlı bəzi hissələrini açıq-aydın müşahidə etməyə kömək olub.

Aparılan testlər idmanın hafizənin gücləndirilməsinə müsbət təsir göstərdiyini təsdiq edib.

Mütəxəssislər bildiriblər ki, əla nəticə əldə etmək üçün hər gün mütəmadi olaraq idmanla məşğul olmaq vacibdir. Yoqa və ya pilateslə məşğul olmasanız belə gündəlik gəzinti də bu istiqamətdə səmərəli ola bilər./Azərtac/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300