Aybəniz Haşımova Şövkət Ələkbərovanın xatirəsinə konsert həsr edəcək

 

Əməkdar artist Aybəniz Haşımova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək.

Musavat.com xəbər verir ki, 24 oktyabr tarixində sevənlərinin qarşısına çıxmağa hazırlaşan A.Haşımova təəssuratlarnı bölüşüb:"Bu il mənim 50 yaşım, sənətdə olmağımın isə 40 ili tamam olur. Eyni zamanda da ustadım Şövkət Ələkbərovanın 90 illik yubileyidir. Konsertimizin adı "Mənim ömür nəğmələrim” adlanır. Bu konserti etməkdə məqsədim sırf Şövkət xanımın ruhunu xoş etmək, həm də məni sevən, çoxdandır görməyən, yenidən dinləmək istəyənləri sevindirməkdir.

İstəyirəm ki, darıxmağa, həsrətə son qoyaq. Ona görə də bu işdə bütün hər kəsə, Elnur Həsənova, Filarmoniyanın rəhbəri Murad Adıgözəlzadəyə, onun ailəsinə, Aysel xanıma, oranın bütün əməkdaşlarına, Şövkət xanımın ailəsinə təşəkkür edirəm. Onlar bütün gün mənim yanımdadırlar. Mənə görə narahat olurlar. Hər işlə maraqlanırlar. Sanki Şövkət xanım məni özündən sonra onlara əmanət edib. Hiss edirəm ki, bu belədir.

30 ilə yaxındır ki, Şövkər Ələkbərova bu dünyada deyil. Lakin mən onun yoxluğunu heç vaxt hiss etməmişəm. Çünki ailəsi hər zaman yanımdadır”.

Aybəniz Haşımova konsert haqda ətraflı məlumat verib:"Konsertdə repertuar əsasən Şövkət xanımın olacaq. Səhnədə tələbələrimlə də çıxışlarım baş tutacaq. Qarabağ mövzusuna mütləq toxunacağıq. Çünki, mənim həyatımı Qarabağsız təsəvvür etmək mümkün deyil. Çünki, Qarabağ tək düşmən caynağında deyil. Qarabağın dərdi ilə yanaşı bu gün mənim taleyim də düşmən caynağındadır. Səsim də, həyatım da əsirdir bu gün. Ona görə də o mövzudan kənara çıxa bilmərəm. Konsertin əsas bloklarından biri olacaq. Qoy düşmən eşidib görsün ki, Azərbaycanda yeni nəsil inkişaf edir və ölkəmiz güvənli əllərdədir. Biz öz torpaqlarımıza qayıdacağıq və bütün Qarabağa, lazım gələrsə bir başa İrəvana öz bayrağımızı sancacağıq. İnanıram ki, o gün uzaqda deyil”.

İfaçı konsert üçün müxtəlif nömrələrin də hazırlandığını deyib:"Konsert üçün müxtəlif nömrələr hazırlanıb. Uzun illər öncə Azərbaycan səhnəsində tamaşaçılar qarşısında göstərilən dəyərli əsərlərdən biri 8 yaşlı tələbəmin ifasında canlanacaq. Həsən Əliyev Qran-Pri mükafatçısıdır.

Bizi Qara Qarayev adına Kamera Orkestrı və Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının "Dan ulduzu” instrumental ansamblı müşaiyət edəcək. Konsertin ssenari müəllifi Firuzə Nadirdir. Yubileyin rejissoru özüməm. Mənim ikinci peşəm rejissorluqdur. Çünki unuversiteti qırmızı diplomla bitirmişəm. Konsert antraktsız 2 saat olacaq. Dinləyicilər əsasən klassik, ölməz əsərləri eşidəcəklər”.

Əməkdar artist tədbir üçün niyə məhz Filarmoniyanı seçdiyinə də aydınlıq gətirib:"Sizə maraqlı bir faktı da açıqlamaq istəyirəm. Konsert üçün Filarmoniyanı seçməyimin səbəbi var. Çünki, ilk dəfə böyük səhnədə Şövkət xanımın qarşısında məhz Filarmoniyada oxumuşam”.

Könül, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300