Türk ordusunun polkovniki Məmməd Qazax-Foto
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri Türkiyə Qurtuluş savaşının iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Qazax haqqında məqalə hazırlayıb.Kult.az xəbər verir ki, məqalədə onun əvvəlcə Gülməmməd
Gülməmmədov adı ilə Azərbaycan Cümhuriyyəti ordusunun 3-cü süvari alayında
zabit olaraq xidmət etməsi, Türkiyəyə (Osmanlıya) mühacirət etdikdən sonra ad və
soyadını Məmməd Qazax olaraq dəyişdirdiyi bildirilib.
Tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında tərtib olunan məqalədə qəhrəmanın
həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.