Azərbaycanda televiziya əməkdaşı yoxa çıxıb

 

 

İtkin iki nəfər barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İtkin düşən şəxslər

Daxili İşlər Nazirliyi (DİN) iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun isə 23 yanvar 2016-cı il tarixdə  Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmamaları barədə polisə məlumat daxil olub. Məlumatda qeyd olunur ki, T. Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb.

 

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir.

Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir. Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102” Xidmətinə, həmçinin  (012) 590-96-29(012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər,  (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300