Pərvin Səfərovdan alqışalaiq addım

İnternetdə səsi ilə məşhurlaşan çoban Pərvin Səfərovun bir illik təhsil haqqı ödənilib.

Uluyol.az xəbər verir ki, bu barədə aznews.az-a onun özü məlumat verib. P.Səfərovun sözlərinə görə, artıq o, Azərbaycan Milli Konservatoriyasının Milli Vokal fakültəsinin rəsmən tələbəsidir:

"Təhsil haqqı böyük problemdir, həll olunmalıdır. Mən də ödənişli əsaslarla oxuyacam. Təhsil haqqı məni çox narahat edirdi. Dostlar sağ olsunlar, bir ilin təhsil haqqını ödəyiblər. Düzü, bir az pul düzətmişdim, baxdım ki, tələbə yoldaşlarımın biri təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onu imtahandan tanıyırdım, mənim kimi imkansız və çarəsiz idi. Düşündüm ki, mən də bir insanı sevindirim, ona görə də onun təhsil haqqının yarısını ödədim. Çox sevindi, hətta sevincindən agladı da. Həmin tələbə atası ilə yaşayır. Atası fiziki qüsurludur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300