msk

Seçkilərin yekun protokolları artıq hazır olduğu üçün Müsavatın seçkidən çıxması hakimiyətə ciddi problem yaradıb

Müsavat Partıyası  ilə Mərkəzi seçki komossiyası arasında son günlər yaşanan hüquqi qalmaqalın səbəbi ortaya çıxıb. Xəbər verdiyimiz kimi, Müsavat Partiyas oktyabrın 28-də seçkidən çıxmaq haqqında qərar verib. Bu qərara uyğun olaraq Müsavat Partiyası tərəfindən irəli sürülən deputatlığa namizədlər öz namizədliklərini geri götürüblər.

Lakin əksər dairələrdə Dairə seçki komissiyaları müsavatçıların bu haqda ərizələrini qəbul etmirlər. Ərizələrin qəbul edildiyi dairələrdə isə namizədliyin seçkiyə 4 gün qalmış geri götürülməsinin yolverilməz olduğu bildirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bu məsələ ilə bağlı iki ziddiyətli açıqlama verib. Məzahir Pənahov oktyabrın 29-da jurnalistlərə verdiyi açıqlamada "Hər bir partiyanın seçkidə iştirak edib-etməməsi həmin partiyanın öz işidir, bunun özü də bir seçimdir” deyib. Lakin cəmi bir gün sonra Məzahir Pənahov MSK-nın növbədənkənar toplantısını çağıraraq, Müsavatın seçkidən çıxmasının yolverilməz olması barədə qərar qəbul edib və bəyanat yayıb. MSK sədri Müsavatın seçkidən vaxtında çıxmadığını deyib və DSK-lara müsavtçı namizədlərin öz namizədliklərini geri götürməsi barədə arizələri təmin etməmək haqda açıq tapşırıq verib.

"Basta”ya MSK qərarının şok səbəbi bəlli olub. Məlumatlı mənbədən daxil olan məlumata görə, səsvermənin yekununa dair protokollar artıq hazırdır. Mənbə bildirir ki, artıq Prezident Apparatında seçkilərdə hansı namizədin və partiyanın neçə səs toplayacağı müəyyən edilib. Bu rəqəmlərə uyğun olaraq, məntəqə və dairə seçki komissiyalarının protokolları tərtib edilib. Bu səbəbdən Müsavatın seçkiyə 4 gün qalmış seçkidən çıxması hakimiyyət üçün gözlənilməz problem yaradıb. Müsavatçı namizədlərin seçkidən çıxması hakimiyyəti məcbur edir ki, 5 mindən artıq karbonlaşdırılmış protokolu təkrar çap edib, yeni hesablamalara əsasən tərtib etsin. Bu səbəbdən müsavatçı namizədlərin seçkidən çıxması rəsmiləşdirilmir.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300