İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən fəal HƏBS OLUNDU

 

Şərqi Azərbaycan vilayətinin məhkəməsi "bölücü etnosentrist (qövmgera) qrupların xeyrinə rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamı ilə mühakimə etdiyi türk fəal və həkim Seyyid Camal Musəvinejadı bir il həbsə məhkum edib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına istinadən Sarab şəhərinin İnqilab Məhkəməsinin çıxardığı hökm Şərqi Azərbaycan apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanıb.
Məhkəmə sənədində yazılanlara görə, müttəhimə qarşı irəli sürülən ittiham Ettelaat idarəsinin təhqiqatı və əldə etdiyi sənədlər vasitəsilə "sübut olunub".
Hökmdə "müttəhimi biganə ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərdən” məhkəmənin əsaslandığı sənədlər olaraq söz edilib.
Məhkəmə o cümlədən, Musəvinejadı Azərbaycan Respublikasının bayrağını öpərək göstərən fotoşəkillərə əsaslanaraq hökm çıxarıb. Hökmdə "müttəhimi biganə ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərdən” məhkəmənin əsaslandığı sənədlər qeyd olunur.
Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində yaşayan həkim həmçinin"Seyyid Cəfər Pişəvəri və onun öndərliyində 1945-ci ildə qurulmuş Azərbacan Milli Hökümətini tərifləmək”-də günahlandırılıb.
HRA-nın məlumatına istinadən türk fəal hazırda 400 milyon tümənlik (təqribən 92 min dollar) mülki zəmanətlə müvvəqəti azadlıqdadır.
Seyyid Camal Musəvinejad keçən illərdə də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və məhkum olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300