Nazir Azərbaycan dilini "təhlükə” adlandırdı

 

İranın Təhsil naziri Məhəmməd Bəthayi ölkənin təhsil müəssisələrində qeyri-fars dillərinin qadağan olunduğunu bildirib. O, fars dilini "qırmızı xətt” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə İsfahan şəhərində keçirdiyi iclasda danışıb.

Nazir qeyri-fars dillərinin İran üçün təhlükəli olduğunu bildirib:

"Bəzi müəssisələrdə şagirdlərə digər dillər tədris olunur. Bu, olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrindən öyrənirlər, ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidirlər. Fars dili "qırmızı xətt”dir, məktəblərdə bundan o tərəfə keçmək olmaz”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı bildirib ki, İranda qeyri-fars dilləri, o cümlədən 35 milyondan çox Güney Azərbaycan türkünə öz dillərində tədris almaq qadağan edilib.

GAMOH rəsmisi buna görə azərbaycanlıların təzyiqlərlə üzləşdiyini diqqətə çatdırıb:

"Hesab edirik ki, Azərbaycan dilinə qoyulan qadağa azərbaycanlılara qarşı aparılan assimiliyasiya siyasətinin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkü İran dövlətin bu qanunsuzluğuna etiraz etsə də, acınacaqlı vəziyyəti düzəltmək mümkün deyil”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300