Təbrizdə 400 min insan böyük təhlükə qarşısında (FOTOLAR)

"Qeyri-farslara, konkret olaraq güneylilərə qarşı siyasətinin yürüdülməsi danılmaz bir gerçəkdir. Bu gerçəyi danmaq istəyənlər Təbrizə gələndə "Təbriz "zəngin” və "inkişaf etmiş” şəhərdir” deməklə, əslində, bu şəhərin türklər üçün yoxluğunu vurğulayırlar".

 

Uluyol.az  kult.az-a istinadən xəbər verir ki, bu sözləri güneyli yazar və araşdırmaçıİbrahim Rəşidiİran hökumətinin Təbrizə lazımı qədər diqqət göstərməməsi haqda danışarkən deyib. O, Təbrizdə 400 min sakinin həyatının təhlükə altında olduğunu bildirib:

 

"İndi şişib yoğunlaşan fars şəhərləri hələ kiçik kənd olduqları illərdə belə Təbriz ehtişamlı və zəngin bir şəhər idi. Amma bu şəhərin 400 min insanı hazırda çürük və qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Bir neçə saniyəlik zəlzələ "Azərbaycan başdı, Təbriz qaşdı” kimi mübaliğələri yox edə bilər. Bəlkə, belə layihələrə pulları yoxdur? Nəinki böyük məbləğdə pullar, hətta çox kiçik imkanlar da bu şəhər və xalqa verilmir. 15 ildən çoxdur ki, iyirmi kilometrlik Təbriz-Səhənd yolunun tikintisi yarımçıq qalıb. Bu yol salınsa, Səhəndin yüz minə yaxın əhalisi bir neçə kilometrlik tıxaclı yolda 45 dəqiqə yubanmaq yerinə, sadəcə, on dəqiqəyə, vaxt itirmədən ünvanlarına çata bilərlər. Milli Təbriz siyasəti yoxdur, yaxşı, bəs xalqı bu qədər kiçik imkanlardan məhrum etməklə hansı siyasəti yürüdürlər?”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300