Darxan Kadıralı: Məqsədimiz türk dünyası arasında elmi inteqrasiyaya nail olmaqdır

 

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kadıralı ilə görüşüb.

Prezidenti Sooronbay Jeenbekov bildirib ki, Beynəlxalq Türk Akademiyası türkdilli xalqların tarixinin, mənəvi irsinin tədqiqi, çapı və yayılması istiqamətində böyük iş görür və biz bunu alqışlayırıq. S.Jeenbekov Türk Akademiyası tərəfindən qırğız xalqının tarixi, mədəniyyəti ilə bağlı kitablar çap edildiyini və türkdilli ölkələrdə yayıldığını minnətdarlıq hissi ilə xatırladıb. Son illər akademiya türkdilli xalqların, o cümlədən qırğız xalqının ədəbiyyatı, folkloru və adət-ənənələri ilə bağlı xeyli iş gördüyünü qeyd edən dövlət başçısı deyib: "İnanıram ki, sizin rəhbərliyiniz altında Beynəlxalq Türk Akademiyası türkdilli xalqlar arasında mənəvi körpü olacaq və qardaş dövlətlərin daha da yaxınlaşmasına kömək edəcək, mədəni və digər sahələrdə əməkdaşlıq genişlənəcək və dərinləşəcək”.

Darxan Kadıralı Türk Akademiyasının fəaliyyəti haqqında məlumat verib. "Təmsil etdiyim qurum təkcə Astanada deyil, bütün türkdilli ölkələrdə tədbirlər keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Məqsədimiz türk dünyası arasında elmi inteqrasiyaya nail olmaqdır, belə ki, elm sərhəd tanımır”, - deyə D.Kadıralı bildirib.

Sonra Darxan Kadıralı dövlət başçısına Altayda, üç min metr yüksəklikdə tapılan və qırğız xalqına məxsus qədim kıl-kıyak musiqi alətini təqdim edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300