Bakıda axtarışda olan şəxsin meyiti tapılıb. APA-nın məlumatına görə,  hadisə Nizami rayonunda Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb. Belə ki, Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları, liftin boşluğunda meyit aşkarlayıblar. Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar.

 

Üstündən çıxan  mobil telefon vasitəsi ilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 1962-ci il təvəllüdlü Hadiyev Fuad Həsən oğluna məxsus olduğu müəyyən olunub. O, "Qaya" Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin" şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar. Lakin F.Hadıyevi "gördüm" deyən olmayıb. Bundan sonra onun yaxınları polisə üz tutublar. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib. F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb. Yerini, harada olduğunu öyrənmək olmayıb.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.(lent.az)


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300