"Abutalıbov Hacıbala başdan xarab qocalıb ağılını itmiş, səy və sarsaq adamdır.” Bunu Simsar.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Bakı merinin ittihamlarına cavab verərkən deyib.
 
Abutalıbov Hacıbalanın birbaşa həbs edilməli olduğunu deyən partiya sədri bildirib ki, Bakı meri Azərbaycanı yeyib-talayıb: "Binaların üzlükləri vurulanda onun gözü kor idimi? Şəxsən o, bizim partiyanın qərərgahı yerləşən binanın uzlüyü vurulanda gəlib dayanıb, baxırdı. Məsuliyyəti niyə boynundan atır bu adam? Oğlu "vəhhabi”lərə qoşuldu, məsuliyyəti boynundan atdı. Bu gün Azərbaycanı yandırır, özünü xəbərsiz kimi göstərir. Özünü qoyub kloun yerinə. Prezidentin yanında özünü yaxşı oğlan kimi göstərir. Prezident də onun kim olduğunu yaxşı bilir”. 
 
"Hacıbala bütün pulları yığır, oğlunun vasitəsi ilə "vəhhabi”lərə yedizdirir. Çünki o, ağılsız və sarsaq adamdır. Azərbaycan prezidenti gərək təcili onu həbs etsin. Ona görə ki, bütün qanunsuz tikintilərin pulunu o yeyib. Bu birmənalı şəkildə belədir. Onun Azərbaycan xalqından yediyi pullar milyardlarla hesablanır”, -deyə H.Hacıyev bildirib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300