Alimlər sübut etdi: az yeyin, çox yaşayın

Fərqli ölkələrdə aparılmış araşdırmalar göstərir ki, qısamüddətli aclıq insan orqanizmi üçün olduqca faydalıdır.

 

Hələ qədim zamanlardan Hippokrat, Avisenna, Parasels qısamüddətli aclığın köməyi ilə müxtəlif xəstəlikləri müalicə ediblər.

 

Alimlərin fikrincə, müasir insanlar lazımından çox kalori qəbul edir və bu da müxtəlif xəstəliklərin inkişafına, həyatın qısalmasına səbəb olur.

Alimlər tədqiqatlar zamanı sıçanların qidalanmasını 20% azaltdıqdan sonra aşkar ediblər ki, az yeyən siçanlar daha fəal və sağlam olur. Bu eynilə insanlara da aiddir - qidalanmanın azalması insan sağlamlığına yalnız müsbət təsir edə bilər.

 

Amerika alimləri tərəfindən aparılmış son araşdırma qısamüddətli aclığın beyinin fəaliyyətinə müsbət təsirini aşkar edib. Belə ki, 1 gün ərzində ac qaldıqda beyinin koqnitiv (təfəkkür, yaddaş və s.) funksiyaları xeyli yaxşılaşır. Maraqlıdır ki, bir çox dahi yazıçılar, musiqiçilər, rəssamlar bilmədən bu üsuldan istifadə edib. Belə ki, onlar şah əsərlərini yaratmazdan əvvəl ac qalıblar.

 

Beləliklə, insan ac qalanda orqanizmdə hansı müsbət dəyişikliklər baş verir?

 

1. Dediyimiz kimi, beyin daha yaxşı işləməyə başlayır, insanın yaradıcılıq potensialı artır.

2. İmmun sisteminin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı həkimlər daha az yeməyi və çox maye qəbul etməyi tövsiyə edirlər.

3. Metabolik proseslər sürətlənir, çəki azalır.

4. Orqanizm təmizlənir və cavanlaşır.

5. Dəri gözəlləşir.

6. Xərçəng xəstəliyinin riski azalır.

7. Ürək və damarlar daha sağlam olur.

8. Astmadan əziyyət çəkənlərin vəziyyəti yüngülləşir.

9. Arterial təzyiq tənzimlənir.

10. Orqanizmdə iltihablar azalır.

 

Ancaq onu da nəzərə almaq lazımdır ki, bu nəticələri müntəzəm olaraq həftədə 1 dəfə ac qaldıqda əldə etmək mümkündür. Aclıq günü yalnız su içmək olar.

 

Diqqət! Bəzi xəstəliklər zamanı aclıq əks-göstərişdir.

 

(qaynarinfo.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300