Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunmuş şəxslərin törətdikləri əməllərin təfərrüatları yavaş-yavaş açıqlanır.

 

 

Lent.az-ın AzPolitika.info-ya istinadən verdiyi məlumata görə, MTN-dəki məlum qrupun qurbanı olan çoxsaylı iş adamlarından biri də Maqsud Mahmudov olub.

 

Belə ki, bu ilin iyulun 4-də iş adamına zəng gəlib, özünü MTN-nin əməkdaşı kimi təqdim edən şəxs ondan səhər saat 10.00-da nazirliyin Antiterror İdarəsinə gəlməsini tələb edib. İş adamı deyilən saatda nazirliyə gəlib. Onun nazirliyin üçüncü mərtəbəsində özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayıb. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, polkovnik ona "terrorçu olduğunu” deyib. Bildirib ki, daima Ukraynaya gedib-gəlir, min oyundan çıxır.

 

Daha sonra polkovnik otağı tərk edib və bir azdan Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim etdiyi şəxslə birgə geri qayıdıb.

 

İ. Əliyev isə əməkdaşlarına Maqsud Mahmudovu "dərhal uçota almalarını” tapşırıb.

 

İş adamı isə bura dəvət olunmasının, hansı günah sahibi olmasının səbəbini dəqiqləşdirməyə çalışır. Ona bildirilir ki, telefonu izlənilib, daima diqqətdədir, tez-tez Ukraynaya gedib-gəlir. İş adamı Ukraynaya gedib-gəldiyini, biznes fəaliyyəti qurduğunu və qanundankənar nəsə eləmədiyini də qeyd edir.

 

Ondan 250 min manat pul tələb edilir.  Bu qədər vəsaiti olmadığını bildirən iş adamının vəziyyəti pisləşir, qan təzyiqi qalxır. Amma buna əhəmiyyət verməyən MTN-çilər bildirilər ki, 250 min manatı gətirməyəcəyi təqdirdə "İŞİD üzvü və ya narkobaron elan ediləcək”.

 

Üç saat saxlanılan iş adamından daha sonra 200 min manta tələb olunur. Bundan da imtina edən M. Mahmudov dostluq etdiyi xanımla  şantaj edilir, bu məlumatların yayılacağı bildirilir.

 

İş adamına "Səməd Vurğun” küçəsi ilə "İnqilab” küçəsinin kəsişdiyi ərazidəki obyektini satmaq təklif olunur.

 

Əlacə hər yerdən kəsilən iş adamı gecəykən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-nin məlum qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyib, bu görüş barədə susmaq tapşırğı verilir. Alqı-satqı prosesi isə 14 saylı Notariat Kontorunda gerçəkləşdirilir.

 

Hazırda iş adamının nümayəndəsi MTN-də baş verən son hadisələrlə bağlı aparılan istintaqa müraciət edib.

 

M. Mahmudov hazırda Ukraynadadır və nə zaman qayıdacağı da bəlli deyil.

 

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad olunub.

  

 

Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

 

MTN-nin 7 vəzifəli şəxsi barədə artıq həbs qətimkan tədbiri seçilib.

 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.(lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300