Evinə telefon xətti çəkdirmək istəyənlərinPROBLEMİ–VİDEO

 

ARB TV-nin "Günə doğru” verilişi evinə telefon çəkdirmək istəyənlər üçün reportaj hazırlayıb.

Mais Şirinov – Sakin: "Məktub yazmışıq, deyirlər gəlib çəkəcəyik. Hələki imkan yoxdur. Yaxın gələcəkdə gəlməlidirlər amma 2015-dən bəri gələn yoxdur”.

Ev telefonlarının çəkilişi ilə qiymətlər son 10 ildə xeyli aşağı düşsədə ancaq əlçatanlıqla bağlı problem qalmaqdadır. Bakı telefon rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə əhalinin geniş zolaqlı telekomunikasiya xidmətləri ilə təmin olunmasına başlanıb. Qurum tərəfindən bir sıra paytaxtətrafı kəndlərdə və yaşayış massivlərində tətbiq edilən simsiz rabitə texnologiyası mərhələli şəkildə bir çox sakinin telekomunikasiya xidmətləri ilə təminatına imkan verəcək.

Nuranə Əliyeva – BTR MMC-NİN RƏSMİSİ: "Telefon çəkilişi üçün dövlət rüsumu 30 manat təşkil edir. Çəkiliş 7 iş günü ərzində baş tutur. Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2 matat 50 qəpik, qeyri-əhali üçün isə 7 manat 60 qəpik təşkil edir.

Osman Gündüz - Milli internet formunun prezidenti: "Evə qədər olan xərclər də operator tərəfindən ödənilir. Yalnız evin daxilindəki xərclər vətəndaş tərəfindən ödənilə bilir. 100 metrə qədər məsafə var ki, bu xərc operator tərəfindən ödənilməlidir. Bu məsafə abonentin evindən hesablanır.

Ümumiyətlə bu gün elə bir dövr gəlib çıxıb ki, ev telefonları lazımsız bir əşyaya çevrilib. Milli internet formunun prezidenti Osman Gündüz stasionar telefonların çəkilişi zamanı ən əvvəl ərazinin öyrənilməsinə ehtiyac olduğunu deyir. Çünki hal-hazırki tarfilərlə mobil telefonla danışıq müəyyən hallarda ev telefonlarından ucuz başa gəlir.

Osman Gündüz - Milli internet formunun prezidenti: "Mən düşünürəm ki, bu qurumlar ciddi monitorinq aparmalıdırlar ki, mobil şəbəkənin əhatə etmədiyi ərazidə doğurdan da bu telefona ehtiyac var. Bunun üçün ciddi addımlar atılmalıdır, bir proqram qəbul edilməlidir. İndiki zamanda telefon xətti yoxdursa orada internet də yoxdur. Bu acınacaqlı haldır, yol verilməzdir.

Ekspertlər stasionar telefonların vacibliyi ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini vurğulayır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300