Ürək üçün ən zərərli beş dərman

 

Tayvandan olan bioloqlar dünyanın ən populyar beş ağrıkəsicisi ilə bağlı tədqiqat aparıb.

Uluyol.az "mir-press.com”a istinadən xəbər verir ki, tədqiqatda ara-sıra təzyiqləri qalxan 56 min insan iştirak edib.

Ekspertlər "böyük beşliyə” daxil olan ağrıkəsicilərin(ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusu) insan orqanizminətəsirlərini hərtərəfli şəkildəaraşdırıb.

Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.

Statistika göstərir ki, diklofenakın qəbulu hər 245 nəfərdən birində insult və ya ürək çatışmazlığına səbəb olur.Naproksendə isə analoji təsirlər 1/214 nisbətində olub.

Ağrıkəsicilər arasında ürək üçün ən az ziyan mefamin turşusunda qeydə alınıb. Sözü gedən dərmanı qəbul edən 394 xəstədən yalnız birində insult və ya ürək çatışmazlığı müşahidə olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300