Əhli-beytin (ə) mədhi  

Mərhəmətli, rəhmli Allahın adı ilə! Əslində Əhli-beyti (ə) mədh etmək (vəsf etmək və tanıtdırmaq) asan iş deyil. Hətta mümkünsüzdür. Çünki, Onları tanımaq və tanıtdırmaq mümkün və yaxud asan olsaydı imam seçmək də bəşərin öhdəsinə qoyulardı. Bu işi şəxsən Allah özü etdi. Bundan məlum olur ki, biz yalnız Allah və Onun Peyğəmbərinin (s) və Əhli-beytin nurani kəlamları ilə Onları tanıya və tanıta bilərik. Bu yazıda öncə sünni alimlərindən bir neçə nümunəni sonra isə Əhli-beytin öz sözlərini təqdim edirik:

Səid ibn Musəyyəb deyir: "Əlidən başqa heç kəs (سلونی – yəni nə istəyirsiniz məndən soruşun) cümləsini dilə gətirməyib” (1) Əta yazır: "Səhabələr arasında Əlidən (ə.s) elmlisi yox idi” (2) İbn Həcər yazır: "Şübhəsiz Əbu Cəfər -imam Baqir (ə.s) - ilahi əhkam və maarifin xəzinəsi idi. Bu üzdən ona Baqir adını vermişlər. O, altıncı imam barədə yazır: "O həzrət əhli-beytin ağalarındandır. Sadiq ləqəbini daşıyırdı. Çünki, düzdanışan idi. O həzrətin fəziləti o qədər məşhurdur ki, yazmağa belə ehtiyac yoxdur. O qədər elm və maarif o həzrətdən bütün şəhərlərə yayıldı ki, nəticədə bütün şəhərləərdə tanındı. Həmçinin yeddinci imam barədə yazır: "O atasını elm, maarif və fəzilətdə varisi idi” (3)

Bütün əhli-sünnə alimlərinin qənaətinə görə "…Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” (4) bu ayə Peyğəmbərin (s) Əhli-beyti (ə) barədə nazil olmuşdur. (5)

Zəhri İmam Əli ibn Hüseyn (ə.s) barədə yazır: "Mən Əli ibn Hüseyndən təqvalı şəxs görməmişəm” və həzrət Zəhra (s.ə) barədə Peyğəmbərdən (s) nəql edir: "O cənnətə daxil olan ilk şəxsdir” (6)

Sələbi əhli-sünnə alimlərindəndir. "Məvəddət” ayəsi barədə Peyğəmbərdən (s) nəql edir: "Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləyən şəxs dünyadan getsə şəhiddir. Peyğəmbərin (s) Əhli-beytini (ə) sevənin günahları bağışlanar və tövbəkarlardan sayılar və möminlərin sırasında yer alar. Öncə ölüm mələyi sonra isə Nəkir və Munkir (qəbirdə insanı sorğuya çəkən mələklərdir) ona cənnətə gedəcəyini müjdələyər... ” (7)

Şəbhayi Pişavər kitabında Əhli sünnə mühədislərinin və yazıçılarının 16 nəfərinin adı çəkilib. Onlar Əhli-beyt (ə) barədə fəzilətləri araşdıran və yazan sünni məzhəbinin görkəmli təmsilçiləridir.

Bu sahədə (Əhli-beytin (ə) fəzilətləri barədə) o qədər rəvayət vardır ki, hətta sünni alimləri belə o rəvayətləri ayrıca kitablarda toplayıb oxuculara təqdim etmişlər. Biz bir neçə nümunəni zikr etməklə kifayətlənirik.

Amma Şiə imamlar barədə daha artıq fəzilətlərin iddiasını edir və inanclıdırlar. Şiənin fikrincə imam ilahi elmlərin mənbəyi və qeyb elminə malikdir. Əlbəttə iddia edirlər ki, imamların elmi "lədunni”-dir. Yəni Allah-Taala onlara əta etmişdir. Bunu həm tarixi faktlarla (yəni imamlar bəzi qeyb məsələlərini öncədən buyurardılar) həm də mötəbər hədislərlə isbatlamaq olar. Sünni alimlərindən də bu həqiqətə etiraf edənlər və Əhli-beytin (ə) qeybdən dediyi sözləri nəql edənlər az deyil. (8)

Bu haqda Şiə rəvayətləri şiənin dini ədəbiyyatında olduqca mükəmməl sərgilənməkdədir. Nümunə olaraq bəzi rəvayətləri nəql edirik:

İmam Baqir (ə.s) iki səhabəsinə buyurdu: "dünyanın şərqinə və qərbinə gedin, biz Əhli-beytdən (ə) rişələnməyən heç bir səhih elm tapa bilməzsiniz” (9)

شَرِّقَاوَ غَرِّبَا لَنْ تَجِدَا عِلْماًصَحِيحاً إِلَّا شَيْئاً يَخْرُجُمِنْ عِنْدِنَا أَهْلَ الْبَيْتِ

Həzrət Əli (ə.s) Əhli-beyt (ə) barədə buyurur: "Əhli-beyti elm və biliyi dirildənlər və nadanlıq və cəhaləti öldürənlərdir. (Onlardan elm əldə edilir və vasitələri ilə nadanlıq dəf edilir.) Onların səbrlilikləri alimliklərindən xəbər verir (çünki səbr etmək lazım olan yerləri bilib ancaq həmin yerlərdə səbrlilik edərlər) və həmçinin zahirləri batinlərindən (gözəl söz və əməlləri paklıq və saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! (Çünki insanın sükut edərək yersiz danışmaması onun sözlərinin elm və hikmət əsasında olmasına bir dəlildir.) Haqq ilə müxalifət etməzlər və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur (sözləri bir şəkildədir). Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur və hökmlərini xalqa öyrədərək onlara azğınlıq və nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm və biliyi nəticəsində haqq və həqiqət aşkar, batil və nahaq isə məhv olur.) Dini (və onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! (Çünki əgər belə olmasaydı, başqalarından bir üstünlükləri olmazdı.) Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır. (10)

هُمْعَيْشُ الْعِلْمِ وَ مَوْتُ الْجَهْلِيُخْبِرُكُمْ حِلْمُهُمْ عَنْ عِلْمِهِمْوَ ظَاهِرُهُمْعَنْ بَاطِنِهِمْ وَ صَمْتُهُمْ عَنْحِكَمِ [حُكْمِ] مَنْطِقِهِمْ لَايُخَالِفُونَ الْحَقَّ وَ لَا يَخْتَلِفُونَفِيهِ وَ هُمْ دَعَائِمُالْإِسْلَامِ وَ وَلَائِجُ الِاعْتِصَامِبِهِمْ عَادَ الْحَقُّ إِلَىنِصَابِهِ وَ انْزَاحَ الْبَاطِلُعَنْ مُقَامِهِ [مَقَامِهِ] وَ انْقَطَعَ لِسَانُهُعَنْ مَنْبِتِهِ عَقَلُوا الدِّينَ عَقْلَ وِعَايَةٍ وَرِعَايَةٍ لَا عَقْلَ سَمَاعٍوَ رِوَايَةٍ فَإِنَّ رُوَاةَ الْعِلْمِكَثِيرٌ وَ رُعَاتَهُ قَلِيل

İmam Rızadan (ə.s) imamın və imamətin vəsfi barədə (imamşünaslıq) ən mükəmməl bilikləri əldə etmək olar. (11)

İmam Sadiq (ə.s) də imamın vəsfi barədə nurani sözlər buyurub. Hədis uzun olduğundan bəzi hissələrini tərcümə edirik:

"...Deməli imam həmin bəyənilmiş və seçilmiş şəxsdir ki, insanları hidayət edər, onların sirdaşı olar və onlara ümid verər. Bu üzdən Allah onu "Zər” aləmində öz nəzarəti altında saxladı. O vaxt heç bir canlı yaradılmamışdı. Allah imamı kölgə kimi ərşin sağ tərəfində yaratdı və ona Öz qeyb elmindən hikmət bağışladı... O, həzrət Adəmin (ə) mirası və Nuh (ə) peyğəmbərin ən yaxşı övladlarındandır. İbrahim (ə) sülaləsinin seçilmişi İsmailin (ə) nəslindən və həzrət Peyğəmbərin (s) pak itrətindəndir (Əhli-beytindəndir). Həmişə Allahın diqqətindədir. Allah onun qoruyucusudur. Şeytan və onun dostlarının tələlərini imamın ayağı altından yığışdırmış və cadugərlərin əməllərindən imamı uzaq saxlamışdır. İmam afətlərdən,

bəlalardan və pisliklərdən amandadır. İmam gənc vaxtında səbirlə və gözəl işlər görməklə pirani çağlranda isə elm, fəzilət və iffətlə tanınır...” (12)

عَنْأَبِي عَبْدِ اللَّهِ (ع)فِي خُطْبَةٍ لَهُ يَذْكُرُ فِيهَاحَالَ الْأَئِمَّةِ (ع) وَ صِفَاتِهِمْإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَوْضَحَ بِأَئِمَّةِ الْهُدَى مِنْ أَهْلِ بَيْتِنَبِيِّنَا عَنْ دِينِهِ وَأَبْلَجَ بِهِمْ عَنْ سَبِيلِمِنْهَاجِهِ وَ فَتَحَ بِهِمْعَنْ بَاطِنِ يَنَابِيعِ عِلْمِهِفَمَنْ عَرَفَ مِنْ أُمَّةِمُحَمَّدٍ ص وَاجِبَ حَقِّإِمَامِهِ وَجَدَ طَعْمَ حَلَاوَةِإِيمَانِهِ وَ عَلِمَ فَضْلَطُلَاوَةِ إِسْلَامِهِ لِأَنَّ اللَّهَ تَبَارَكَوَ تَعَالَى نَصَبَ الْإِمَامَ عَلَماًلِخَلْقِهِ وَ جَعَلَهُ حُجَّةًعَلَى أَهْلِ مَوَادِّهِ وَعَالَمِهِ وَ أَلْبَسَهُ اللَّهُتَاجَ الْوَقَارِ وَ غَشَّاهُ مِنْنُورِ الْجَبَّارِ يُمَدُّ بِسَبَبٍ إِلَىالسَّمَاءِ لَا يَنْقَطِعُ عَنْهُمَوَادُّهُ وَ لَا يُنَالُمَا عِنْدَ اللَّهِ إِلَّابِجِهَةِ أَسْبَابِهِ وَ لَا يَقْبَلُاللَّهُ أَعْمَالَ الْعِبَادِ إِلَّا بِمَعْرِفَتِهِ فَهُوَعَالِمٌ بِمَا يَرِدُ عَلَيْهِمِنْ مُلْتَبِسَاتِ الدُّجَى وَ مُعَمَّيَاتِ السُّنَنِوَ مُشَبِّهَاتِ الْفِتَنِ فَلَمْ يَزَلِ اللَّهُتَبَارَكَ وَ تَعَالَى يَخْتَارُهُمْلِخَلْقِهِ مِنْ وُلْدِ الْحُسَيْنِع مِنْ عَقِبِكُلِّ إِمَامٍ يَصْطَفِيهِمْ لِذَلِكَوَ يَجْتَبِيهِمْ وَ يَرْضَى بِهِمْلِخَلْقِهِ وَ يَرْتَضِيهِمْ كُلَّمَامَضَى مِنْهُمْ إِمَامٌ نَصَبَ لِخَلْقِهِمِنْ عَقِبِهِ إِمَاماً عَلَماً بَيِّناً وَهَادِياً نَيِّراً وَ إِمَاماً قَيِّماًوَ حُجَّةً عَالِماً أَئِمَّةًمِنَ اللَّهِ يَهْدُونَ بِالْحَقِّوَ بِهِ يَعْدِلُونَ حُجَجُاللَّهِ وَ دُعَاتُهُ وَرُعَاتُهُ عَلَى خَلْقِهِ يَدِينُبِهَدْيِهِمُ الْعِبَادُ وَ تَسْتَهِلُّ بِنُورِهِمُالْبِلَادُ وَ يَنْمُو بِبَرَكَتِهِمُالتِّلَادُ جَعَلَهُمُ اللَّهُ حَيَاةً لِلْأَنَامِوَ مَصَابِيحَ لِلظَّلَامِ وَ مَفَاتِيحَ لِلْكَلَامِوَ دَعَائِمَ لِلْإِسْلَامِ جَرَتْ بِذَلِكَ فِيهِمْمَقَادِيرُ اللَّهِ عَلَى مَحْتُومِهَافَالْإِمَامُ هُوَ الْمُنْتَجَبُ الْمُرْتَضَىوَ الْهَادِي الْمُنْتَجَى وَ الْقَائِمُ الْمُرْتَجَىاصْطَفَاهُ اللَّهُ بِذَلِكَ وَاصْطَنَعَهُ عَلَى عَيْنِهِ فِيالذَّرِّ حِينَ ذَرَأَهُ وَفِي الْبَرِيَّةِ حِينَ بَرَأَهُ ظِلًّاقَبْلَ خَلْقِ نَسَمَةٍ عَنْيَمِينِ عَرْشِهِ مَحْبُوّاً بِالْحِكْمَةِ فِي عِلْمِ الْغَيْبِعِنْدَهُ اخْتَارَهُ بِعِلْمِهِ وَ انْتَجَبَهُ لِطُهْرِهِبَقِيَّةً مِنْ آدَمَ عوَ خِيَرَةً مِنْ ذُرِّيَّةِ نُوحٍوَ مُصْطَفًى مِنْ آلِ إِبْرَاهِيمَوَ سُلَالَةً مِنْ إِسْمَاعِيلَ وَصَفْوَةً مِنْ عِتْرَةِ مُحَمَّدٍص لَمْ يَزَلْمَرْعِيّاً بِعَيْنِ اللَّهِ يَحْفَظُهُ وَيَكْلَؤُهُ بِسِتْرِهِ مَطْرُوداً عَنْهُ حَبَائِلُ إِبْلِيسَوَ جُنُودِهِ مَدْفُوعاً عَنْهُ وُقُوبُ الْغَوَاسِقِوَ نُفُوثُ كُلِّ فَاسِقٍمَصْرُوفاً عَنْهُ قَوَارِفُ السُّوءِمُبْرَأً مِنَ الْعَاهَاتِ مَحْجُوباًعَنِ الْآفَاتِ مَعْصُوماً مِنَ الزَّلَّاتِ مَصُوناًعَنِ الْفَوَاحِشِ كُلِّهَا مَعْرُوفاً بِالْحِلْمِ وَ الْبِرِّ فِييَفَاعِهِ مَنْسُوباً إِلَى الْعَفَافِ وَالْعِلْمِ وَ الْفَضْلِ عِنْدَانْتِهَائِهِ مُسْنَداً إِلَيْهِ أَمْرُ وَالِدِهِ صَامِتاًعَنِ الْمَنْطِقِ فِي حَيَاتِهِ فَإِذَاانْقَضَتْ مُدَّةُ وَالِدِهِ إِلَىأَنِ انْتَهَتْ بِهِ مَقَادِيرُ اللَّهِإِلَى مَشِيئَتِهِ وَ جَاءَتِ الْإِرَادَةُمِنَ اللَّهِ فِيهِ إِلَىمَحَبَّتِهِ وَ بَلَغَ مُنْتَهَىمُدَّةِ وَالِدِهِ ع فَمَضَى وَصَارَ أَمْرُ اللَّهِ إِلَيْهِمِنْ بَعْدِهِ وَ قَلَّدَهُ دِينَهُوَ جَعَلَهُ الْحُجَّةَ عَلَى عِبَادِهِ وَقَيِّمَهُ فِي بِلَادِهِ وَأَيَّدَهُ بِرُوحِهِ وَ آتَاهُ عِلْمَهُوَ أَنْبَأَهُ فَصْلَ بَيَانِهِ وَاسْتَوْدَعَهُ سِرَّهُ وَ انْتَدَبَهُلِعَظِيمِ أَمْرِهِ وَ أَنْبَأَهُ فَضْلَبَيَانِ عِلْمِهِ وَ نَصَبَهُ عَلَماًلِخَلْقِهِ وَ جَعَلَهُ حُجَّةًعَلَى أَهْلِ عَالَمِهِ وَضِيَاءً لِأَهْلِ دِينِهِ وَ الْقَيِّمَعَلَى عِبَادِهِ رَضِيَ اللَّهُ بِهِإِمَاماً لَهُمُ اسْتَوْدَعَهُ سِرَّهُوَ اسْتَحْفَظَهُ عِلْمَهُ وَ اسْتَخْبَأَهُ حِكْمَتَهُوَ اسْتَرْعَاهُ لِدِينِهِ وَ انْتَدَبَهُ لِعَظِيمِأَمْرِهِ وَ أَحْيَا بِهِمَنَاهِجَ سَبِيلِهِ وَ فَرَائِضَهُ وَحُدُودَهُ فَقَامَ بِالْعَدْلِ عِنْدَتَحَيُّرِ أَهْلِ الْجَهْلِ وَتَحْيِيرِ أَهْلِ الْجَدَلِ بِالنُّورِالسَّاطِعِ وَ الشِّفَاءِ النَّافِعِبِالْحَقِّ الْأَبْلَجِ وَ الْبَيَانِ اللَّائِحِمِنْ كُلِّ مَخْرَجٍ عَلَىطَرِيقِ الْمَنْهَجِ الَّذِي مَضَى عَلَيْهِالصَّادِقُونَ مِنْ آبَائِهِ عفَلَيْسَ يَجْهَلُ حَقَّ هَذَا الْعَالِمِإِلَّا شَقِيٌّ وَ لَايَجْحَدُهُ إِلَّا غَوِيٌّ وَلَا يَصُدُّ عَنْهُ إِلَّاجَرِيٌّ عَلَى اللَّهِ جَلَّوَ عَلَا.

Həmçinin imam Nəqidən (ə.s) nəql olmuş və məşhur ziyarətlərdən sayılan "ziyarəti camiə kəbirə”-də imam, hidayət yolunun işıqlandıran məşəllərin bəzi fəzilətlərini açıqlamaqla sanki, insanlara imamşünaslıq sahəsində tədris etmişdir.

İstifadə olunan ədəbiyyat və əlavələr:

1-"Əs-səvaiqul-mohriqə”, səh: 76; "Yənabiul-məvəddə”, səh: 74; "Əsədul-ğabə”, 4-cü cild, səh: 22.

2- "Əsədul-ğabə”, 4-cü cild, səh: 22.

3- "Əs-səvaiqul-mohriqə”, səh: 121.

4- "Ənbiya” surəsi, 7-ci ayə.

5- "Yənabiul-məvəddə” kitabının 39-cu babında həzrət Əlidən (ə.s) rəvayət nəql edirlər ki, "Zikr əhli” bizik.

6- "Nurul-əbsar”, səh: 139.

7- "Şəbhayi-Pişavər”, səh: 66.

8- "Nəhcül-bəlağə”-nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh: 208-211 və səh: 425-ə müracət edin.

9- "Bəsairud-dərəcat”, 1-ci cild, səh: 10.

10- "Nəhcül-bəlağə” 239-cu xütbə.

11- "Üsuli-kafi”, 1-ci cild, səh: 201.

12- "Üsuli-kafi”, 1-ci cild, səh: 204


İlahiyyatçı yazar- Şəhriyar ƏLİYEV

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300