Kərküklü qonaq BAO-nu ziyarət etdi

 

Bakıda səfərdə olan İraq Türkmən Cəbhəsinin mətbuat katibi, Türk Dünyası İlətişimcilər Birliyinin Türkməneli Başqanı Turqut Hürmüzlü 12 mart 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarını ziyarət etdi.
Uluyol.az-ın xəbərinə görə, BAO-nun qərargahında baş tutan görüşdə təşkilatın Başqanı Zahir Əlisoy, BAO Başqanının İdeoloji məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, Siyasi məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Alı Balayev, Türk Dünyası ilə Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Təşkilati məsələlər üzrə müavin Araz Şamil, BAO-nun Türk Dünyasını Araşdırmalar Qurumunun rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı, İcra Aparatının üzvləri, Ceyhun Quliyev və Şahin Bəkirli iştirak edirdilər.
Səmimi bir şəraitdə baştutan görüşdə öncə qonağa Bütöv Azərbaycan Ocaqlarının ümumi iş prinsipləri, fəaliyyət formaları haqqında məlumat verildi.
Daha sonra Güney Azərbaycan, Türkməneli, Kərkük və ümumilikdə Türk Dünyası məsələlərində BAO-nun mövqeyi izah edildi.
Görüşdə həmçinin Türkmənelində, Kərkükdə, o cümlədən Türk dünyasında son dönəmlər cərayan edən siyasi proseslər haqqında fikir mübadiləsi aparıldı.
Turqut Hürmüzlü BAO Başqanı Zahir Əlisoya və Türk Dünyasını Araşdırmalar Qurumunun rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslıya İraq Türkmən Cəbhəsi başqanı Ərşad Salihin "Əməyinizə təşəkkür edərik” plaketini təqdim etdi.
BAO adından Turqut Hürmüzlüyə və İraq Türkmən Cəbhəsi başqanı Ərşad Salihiyə çatdırmaq üçün Azərbaycan Bayraqları və BAO emblemi həkk olunmuş boşqablar hədiyyə edildi.

Kərküklü qonaq BAO-nu ZİYARƏT ETDİKərküklü qonaq BAO-nu ZİYARƏT ETDİKərküklü qonaq BAO-nu ZİYARƏT ETDİKərküklü qonaq BAO-nu ZİYARƏT ETDİ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300