Mirşahinin komandasındakı adlar açıqlandı

 

Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün komandanı formalaşdırıb. TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.

"Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:

Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu, Ayşəm Rüstəmova.

Hələlik baş redaktor və redaktorlar müəyyən olunmayıb.

Onu da bildiriblər ki, "Real” TV layihəsi Mirşahin Ağayevə məxsusdur və Vahid Mustafayev bu layihədə yer almayacaq.

Eyni zamanda, "Real” TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində yerləşdiyi məlum olub. 5 mərtəbəli binada yerləşən ofisdə son hazırlıq işləri görülməkdədir.

TV-nin yaxın günlərdə yayıma başlayacağı bildirilir. Qeyd olunur ki, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-ə məxsus köhnə avadanlıqları götürmək isə mümkün olmayıb. Məlum olduğu kimi, prokurorluq ANS-in qapısını möhürləyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300