Əsəblərinizin pozulmaması üçün internetdən uzaq durun

 

İnternet əsrinin olması insanların daha çox informasiya alması deməkdir.

 

Biz televizor, internet, xüsusilə sosial şəbəkələr vasitəsilə gün ərzində yüzlərlə məlumat alırıq. Bu informasiyalar isə beynimizin yüklənməsinə səbəb olur. Hətta saatlarla komputer qarşısında qalan insan həyatını itirə bilər. İnsanların artıq informasiya yükündən xilas olması, beyinlərini boşaltması üçün istirahət etməyə ehtiyacı var. Bəs, müasir insan necə dincəlməlidir?

 

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikirlərini öyrənib.

1486580999_2.jpg (42 KB)

 

 

 

O, açıqlamasında deyib ki, insanlar həftədə bir gün özünə vaxt ayırmalıdır: "Sosial şəbəkələr, televizor, internet müasir insanın həyatında böyük rol oynayır. Müasir insanın həyatını onlarsız təsəvvür etmək mümkün deyil. İnsanlar sosial şəbəkələrlə dost olub. Onlar özlərinə maraqlı olan insanları izləməməyəndə darıxırlar. İnsan informasiya ilə yüklənsə də, onlarsız həyat keçmir. Əvvəllər insanlar qəzet, jurnallardan informasiya alırdı. Onları indi sosial şəbəkələr əvəz edir. Həyatımızı sosial şəbəkələrin zəbt etməsinə imkan verməməliyik. İnsanlar istirahət etməyi sosial şəbəkədə vaxt keçirməkdə görürlər. Bu da insan sağlamlığına ziyandır. Göz yorulur, beyin yorulur, orqanizm ölür, passivləşir. Etiraf edim ki, mən də sosial şəbəkələrdə aktivəm, bu, mənim işimlə bağlıdır. Amma bununla bağlı proqram qurmuşam. Çox vaxt keçirdiyimi hiss edəndə sosial şəbəkələrdən uzaqlaşıram. İnsan özü zamanını ayarlamalıdır. Həftədə 1 gün özünə vaxt ayırmalıdır. İnformasiyadan uzaq durmalı, beyni və orqanizmi dincəltməlidir. İnsanlarımız istirahət etməyi unudublar. Elə bilirlər ki, yatmaq istirahət etməkdir. Yatmaq insanın yuxusunu keçirmək üçün vasitədir. O zaman orqanizm dincəlmir. Hər bir insan istirahət günü internetdən uzaq durmalıdır və bütün günü özünə sərf etməlidir. Kimisi kitab oxuya bilər. Digəri idmanla məşğul olar. Kimisi hansısa kafedə oturub dostları ilə xoş vaxt keçirə bilər. Bundan əlavə, insan havada gəzməlidir. Informasiyanın çoxluğu əsəbləri pozur. İnsanları aqressivləşdirir. Bunlardan xilas olmaq üçün insanlar özlərinə, zaman ayırmırlar. Amma ağıllı, ailəsini düşünən insan özünə vaxt ayırır, sağlamlığını düşünür. İnsanların özlərini idarə etmə vərdişlərinə yiyələnməsinə ehtiyac var. Çünki bir insana ən yaxşı köməkçi özüdür”.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300