Türk ölkəsi aclıq ərəfəsində: insanlar un tapa bilmir -Video

 

Türkmənistanda əsas qida məhsullarının defisiti daha da dərinləşir.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosunun Türkmənistan xidməti yayıb. Radio hətta ev heyvanlarının qidalanması üçün lazım olan kəpəyin ölkədə çatışmadığını və bunun əldə edilməsi üçün növbələrin yarandığını bildirib.

Daşoğuz şəhərində çəkilən videolardan birində qadınların və uşaqların bu yemi əldə etmək üçün bir-biriylə dalaşdığı əks olunub.

Qeyd edək ki, fevralda ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsullarının qiymətləri də 70-100% qalxıb. Dövlət mağazalarında un əhaliyə talonla (5 kiloqramdan artıq olmamaq şərtiylə - red.) verilir. Bu talonları əldə etmək üçün isə 5 dövlət müəssisəsindən ərizə almaq lazım gəlir.

Bəzi mətbuat orqanları əhaliyə paylanan unun 2008-ci ildən qaldığını və yararlılıq müddətinin keçdiyini bildiriblər. Hətta bu tip un üçün insanlar 10-15 gün ərzində növbələrdə qalmağa məcbur olurlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300