Qarğıdalı qabığından möcüzələr yaradan 67 yaşlı sənətkar – VİDEO

Zaqatalanın sakini Sədi Abdullayevin qəribə sənəti, görənləri təəccübləndirir.

ARB Şəki-nin məlumatına görə, onun adi qarğıdalı qabığından hazırladığı suvenirlər yerli sakinlərlə yanaşı, rayona gələn qonaqların da diqqətini cəlb edir.

67 yaşlı Sədi Abdullayev 10 ildir qarğıdalı yetişdikdən sonra onun üst qabığını yığaraq səbət, güldan, çörək qabı, ayaqqabı, papaq kimi müxtəlif məişət əşyaları toxuyur.

Qəsəbədə yaşayan azsaylı xalqlardan olan ingiloyların nümayəndəsi Sədi usta, bu peşənin sirlərini yaşlı bir qadından öyrənib.

Usta deyir ki, toxuduğu əşyaları satmaq üçün bazara çıxmağa etiyac qalmır. Ərsəyə gətirdiyi əl işlərini qonşu rayonlardan, Bakıdan, hətta Rusiyada yaşayan həmvətənlərimizdən belə alıb aparanlar var.

Sədi usta əl işləri üçün heç vaxt qiymət mübahisəsi etmədiyini deyir. Müştərilər nə versələr, qane olur. İşin həcmindən və çətinliyindən asılı olaraq suvenirlərin qiyməti 10-50 manat arasında dəyişir.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300