"Bu xəstəlik tilsimdən yaranır ”-Psixoloq məsləhəti

 

Parkinson xəstəliyi bu gün bütün dünyada ən təhlükəli xəstəliklərdən biri sayılır. Bu xəstəlik hərəkət pozğunluqları qrupuna daxildir. Parkinson xəstəliyi ilkin olaraq titrəyən iflic adlandırılıb, sonradan onu kəşf edən alimin vəfatından sonra Parkinson olaraq tanınıb.

 

Parkinsonun dəqiq səbəbi tibb elminə məlum olmasa da, yaranmasında bir neçə faktorun rolu qeyd olunur: beyində dopamin sintez olunan bölgədə mikro infarktlar baş verir və nəticədə o bölgə nekroza uğrayır, hüceyrələr ölür, bu zaman xəstəlik baş qaldırır.

 

Bu gün dünyada altı milyondan çox parkinson xəstəsi rəsmi qeydiyyatdadır.

65 yaşdan yuxarı olan insanlarda parkinsona daha çox rast gəlinir. Hətta çox gənc insanlarda da parkinson xəstəliyinin yaranması mümkündür. 21 yaşdan aşağı da bu xəstəlik üzə çıxa bilər.

Atada, anada bu problem varsa, övladlarda da ortaya çıxma riski yüksəkdir.

 

Xəstəliyin əlamətləri: ilkin olaraq yorğunluq, halsızlıq, mədə-bağırsaq, qəbizlik, yuxu problemləri ortaya çıxır. Ən qabarıq qeydə alınan problemlərisə, hərəkət pozğunluqlardır: Hərəkət etməyən zaman titrəmə, əldə ayaqda, ən çox əlin baş barmağında durdurula bilməyən tirəmə olur. Diqqət dağınıq olan zaman titrəmə daha da artır. Amma titrəmə halı hamıda olmaya bilər. İkinci əsas kriteriya hərəkətlərin azalmasıdır. Üz ifadələri donur, üzdə ifadə olmur, insanın güldüyü, ağladığı bilinmir.

 

Bundan başqa, parkinson xəstələrində əzələ sərtliyi də yaranır. Bu vaxt ağrı faktoru da ortaya çıxır. Daha çox əl, qol, ayaqlarda əzələlər sərtləşir. Əzələlər o qədər sərt olur ki, onun açılması mümkün olmur və ciddi ağrı yaranır. Xəstələr bundan çox əziyyət çəkirlər. Bundan başqa, ən mühüm əlamətlərdən biri müvazinətin itməsidir

Parkinson xəstələrinin demək olar ki, hamısında xəstəliyin gedişatında psixoloji problemlər də ortaya çıxır: bəzən şizofreniya əlamətlərinə bənzər əlamətlər, hallüsinasiyalar yaranır, xəstələr doğmalarını belə düşmən kimi görür, böyük qorxuları, şübhələri olur. Bunlar ciddi psixiatrik problemlərdir.

 

Parkinson xəstələri beş il dərman müalicəsində daha yaxşı tabe olurlar. Beş ildən sonra isə dərmanların effekti azalmağa başlayır, eyni zamanda dərmanların fəsadları ortaya çıxır.

Ümumiyyətlə, tibb elmində parksinson xəstəsinin tam olaraq sağalması deyilən bir anlayış yoxdur. Belə xəstələr mütləq ömür boyu nevroloqun nəzarəti altında olmalıdırlar.

 

Parkinson xəstəliyinə elmi-lədun baxış

 

Elmi-lədun bilicisi olaraq, bizim parkinson xəstəliyinə baxışımız və müalicəmiz tibb elmindən fərqlidir. Belə ki, elmi-lədun bilgilərimiz göstərir ki, bu xəstəlik neqativ enerjinin təsirindən yaranır. Neqativ enerji isə, magiya və yaxud gözdəki selen maddəsinin şüalanması ilə təsir edir ki, buna da el arasında bədnəzər deyilir.

 

Əvvəlki yazılarımda qeyd etdiyim kimi, neqativ enerji kompyuterə düşən virusa bənzəyir. Bu enerji orqanizmə düşdükdə ilk növbədə beynin kapilliyar damarlarında sıxılma, daha sonra isə, quruma gedir. Nəticədə, beyində dopomin ifraz edən bölgənin fəaliyyəti pozulur. Beləliklə, parkinson xəstəliyi meydana çıxır.

 

Yuxarıda qeyd etdik ki, parkinson xəstələrində qorxu, həyəcan və doğmalarına qarşı aqressiya müşahidə edilir.

Bu kimi halların səbəbini yenə də neqativ enerjidə axtarmaq lazımdır. Bayaq, bu enerjini kompyuter virusu ilə təsadüfən müqaisə etmədim. Virus kompyuterdən müəyyən faylları sildiyi kimi, neqativ enerji (magiya) də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, parkinson xəstəliyi olan insanda bütün yaxınlarına və doğmalarına qarşı nifrət hissi yaranır və onlara qarşı aqressiv, əsəbi davranır.

 

Parkinson xəstələrində tez-tez hal dəyişmələri baş verir. Yəni, əhvalları gah yaxşı, gah da pis olur. Elmi-lədun bilgilərimiz göstərir ki, bu da neqativ təsirin nəticəsində baş verir. Bunun səbəbini izah etmək üçün təkrar fizikanın qanunnlarına nəzər salaq (Kainat fizikanın qanunları ilə idarə olunur).

 

Bildiyimiz kimi, fizikada iki cür ”" dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərəyan mövcuddur.

Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik (o cümlədən parkinson) baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi "dəyişən cərəyan” formasına keçir.Yəni, onda tez-tez hal dəyişiklikləri baş verir. Ürəyin kardeoqrammasında olduğu kimi, insanın halı qalxıb-enir (gah yaxşı, gah pis olur).

Bundan sonra insanda müxtəlif xəstəliklər, o cümlədən də parkinson yarana bilir.

 

Elmi-lədun bilgilərimiz göstərir ki, bu əlamətlərin yaranma səbəbi yuxarıda qeyd etdiyimiz kimi, insan orqanizmindəki (ruhundakı) "sabit cərəyan”ın, "dəyişən cərəyan”a keçməsidir. Yəni, ruhda sabitliyin ("sostoyaniya”nın) pozulmasıdır ki, bu da neqativ təsirdən yaranır.

 

Müasir psixologiya və nevrologiya elmləri ruhu bilmədiklərindən (qəbul etmədiklərindən) bütün bu əlamətləri aradan qaldırmaqda acizdirlər. Ona görə də parkinsonu sağalmayan xəstəlik hesab edirlər.

 

Elmi-lədun bilgilərimiz və psixologiya sahəsindəki təcrübəmiz göstərir ki, parkinson xəstəliyinin müalicə seansları fizikanın qanunlarına uyğun aparılmalıdır.

Yəni, bu xəstəlik fiziki qanunlarla yarandığı kimi, bu qanunlarla da aradan qaldırılır. Belə ki, virus düşən kompyuter format olunub, silinmiş fayl və proqramlar bərpa (vostonovit) olduğu kimi, insandan da neqativ enerji eləcə təmizlənir. Təcrübəmiz göstərir ki, tətbiq etdiyimiz müalicə metodları ilə parkinson xəstəliyini təzə başlayıbsa cəmi üç seansa, köhnədən yaranıbsa, yeddi seansa müalicə etmək mümkündür.

 

Paşa Yaqub,

Psixoterapevt, elmi-lədun bilicisi

Əlaqə: 050 375 30 97

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300