"Ötən il 714 nəfər dərmandan zəhərlənib”

 "Statistikaya nəzər salsaq, dərman zəhərlənmələri ilə bağlı ötən il 714 nəfər müraciət edib. Onların da 17%-ni uşaqlar təşkil edir. Bu kimi hallar daha çox valideynlərin diqqətsizliyi nəticəsində baş verir. Daha sonra, intihar məqsədi ilə dozadan artıq dərman qəbul edən şəxslər də zəhərlənmə kimi qeydiyyata düşür".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi İsmayıl Əfəndiyev deyib. O bildirib ki, müşahidələrə əsasən, 2016-cı ilə nisbətən 2017-ci ildə dərman zəhərlənmələrinin sayında azalmalar var:

"Zəhərlənmələrə ən çox yuxugətirici və qıcolma preparatları səbəb olur.Havalar soyuyub. Virus qəbul edən şəxslərin immuniteti zəifləyib. Onlar həkim nəzarəti olmadan antibiotik qəbul edirlər. Adi başağrı dərmanı belə insanda xoşagəlməz nəticələrə səbəb ola bilər".

Qeyd olunub ki, hazırda internetdən sifariş olunan dərman preparatları və kimyəvi vasitələrlə bağlı dünya ölkələri xeyli problem yaşayır: "Azərbaycanda onlayn dərman satışı qadağan olunduğu üçün hələ ki, ölkədə elə bir problem müşahidə olunmayıb".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300