XƏBƏRDARLIQ: Ümumdünya Səhiyyə Təşkilatı hazır ət məhsullarından - kolbasa və donuz vetçinasından (sümüksüz ət və piy qarışığıının) istifadənin bağırsaq xərçəngi yaranmasına səbəb olduğunu açıqlayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, həkimlər gündə 50 qram belə ətin xərçəngin yaranma riskini 18 faiz artırdığını müəyyənləşdirib.

Ümumdünya Səhiyyə Təşkilatı saxlanılma müddətinin uzadılması xatirinə müxtəlif maddələrin vurulduğu duzlu, konservləşdirilmiş, hisə verilmiş ətləri xüsusən təhlükəli sayıb.  Beynəlxalq səhiyyə qurumu belə ətlərə, onkoloji xəstəliyə səbəb olan alkoqol və plutoni ilə eyni təhlükəlilik dərəcəsi verəcək.  
"Ət məhsullarının istifadəsinə görə düz bağırsaq xərçənginin yaranma riski böyük deyil. Amma bu məhsullardan istifadə halları artdıqca, xəstəlik riski də artır”, – ÜST-nın rəsmisi Kurt Ştrayf deyib.

Ətin faydalı xüsusiyyətlərinin olduğunu da deyən həkimlər, bununla belə, qırmızı ətin bağırsaq və mədəaltı vəz xərçənginin yaranmasında rol oynadığını xatırladıblar. (musavat.com)   

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300