Yuxusuz qalmağın ziyanları  

 

Doyunca yatmamağın ziyanı şübhə doğurmur.

Alimlər sübut ediblər ki, yuxu çatışmazlığı bir çox xəstəliklərə həssaslığı artırır və hətta orqanizmə genetik dərəcədə təsir edir. Hazırda mütəxəssislər aşkarlayıblar ki, yuxunun itməsi niyə məhz beyinə təsir edir və əgər ötən gecəni rahat yatmamışıqsa, bizə nəyisə düşünmək niyə mürəkkəbdir. Məsələn, yaddan çıxmış açarlar, xoşagəlməz səhvlər, ütü, ayaqqabını ayağa düz geyməmək və s. Məlum olub ki, buna səbəb doyunca yatmama şəraitində aralarında əlaqələrin getdikcə zəifləşdiyi neyronlardır. Tel-Əviv, Kaliforniya və Helsinki universitetlərinin əməkdaşları bunu müşahidə ediblər.

Yenicag.az xəbər verir ki, tədqiqatın müəllifləri bir qrup insanda neyronların fəallığını qiymətləndiriblər. Onlara çoxlu sayda şəkilləri mümkün qədər tez sürətlə qruplar üzrə çeşidləmək tapşırılıb. İştirakçılar tapşırığı həm "normal” halda, həm də doyunca yatmamaq halında yerinə yetiriblər. Müəyyən edilib ki, doyunca yatmamağın müddəti artdıqca, çeşidləmə çətinləşib. Belə ki, iştirakçıların beynində neyronlar daha ləng oyanıb, daha asta təsir göstərib, siqnallar daha gec ötürülüb. Bunun nəticəsini, məsələn, avtomobili idarə edərkən müşahidə etmək olar. Sürücü avtomobilin qarşısından keçən piyadanı gördükdə, əgər onun görmə qabiliyyəti normaldırsa, lakin siqnalın işə salınması adi haldan daha çox vaxt tələb edirsə, mütəxəssislər bildirirlər ki, nəticə çox pisdir. Beyin dalğaları da çox zəif hərəkət edir. Alimlər bəyan edirlər ki, onların bu təcrübəsi yuxunun kifayət qədər olmasının zəruriliyini təsdiqləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300